Modern.az

Əhəd Abıyevin şortikli qızın məsələsiylə nə əlaqəsi...  

Əhəd Abıyevin şortikli qızın məsələsiylə nə əlaqəsi...   

20 İyun 2018, 15:53

Bakı metrosunda qısa şort geyən qızla digər sərnişinlər arasındakı mübahisəni əks etdirən videopaylaşım iki gündür sosial medianı zəbt edib.  Bu mövzu ilə bağlı müxtəlif statuslu şəxslər fikir bildiriblər.

Lakin məsələyə münasibət bildirənlər arasında ağsaqqal deputatın, icra başçısının da olması bir qədər təəccüblə qarşılanıb, hətta qınanılıb. Məsələn, məlum hadisə ilə əlaqəli Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də münasibəti öyrənilib.

Maraqlıdır, jurnalist  düzgün obyektmi seçib? İcra başçısı Əhəd Abıyev hansı zərurətdən məişət səviyyəsində olan məsələyə görməzə-bilməzə münasibət bildirib?


Media eksperti  Zeynal Məmmədli Modern.az-a a
çıqlamasında deyib ki, əgər şort geymək məsələsidirsə, buna ictimai fon vermək lazımdır:

“İctimai fon vermədən kimə istəyirsən üz tut, mənasız olur. Sanki bu, diqqət çəkmək, oxucu toplamaq üçün  edilən bir şeydir. Lakin bizə  insanların müxtəlifliyə alışması lazımdır. Məsələyə bu konteksdən yanaşmalıyıq. İnsanın rəngi qara da, qırmızı da, sarı da olar, insan paltarlı, ya da paltarsız da olar. Yayın ortasında kürk də geyinə bilər. İnsanlar bütün bunlara xoşgörüşlü olmalı, burda pis məqamlar axtarılmamalıdır. Əgər demokratiya qurmuşuqsa, o zaman bu məsələləri birdən-birə gündəmə çıxarmağımız bəyənmədiyimiz Ermənistanda gülüş obyektinə çevriləcək. “Bunlar qızların şort geyib-geyməməsini müzakirəyə çıxarırlar, biz bunlarla bir yerdə necə yaşayacağıq, primitiv xalqdırlar” deyəcəklər. Bu mövzunu mediada ortaya çıxaranda ilk növbədə demokratiya düşünülməlidir. Digər tərəfdən bunun fəsadını nəzərə almaq lazımdır”.


Z.Məmmədli qeyd edib ki,  ictimai fon olandan sonra jurnalist icra başçısına da üz tuta bilər:


“Çünki vəzifəli şəxslərin bu məsələyə necə yanaşdığını bilmək lazımdır. Axı onlar insanların dözümlü, xoşgörüşlü olmasında liderlər olmalıdırlar. Onlar daha müasir olmalıdırlar və bu baxımdan baxışları çox önəmlidir.  Bir şeyə dözümlü yanaşmaq heç də onu bəyənmək mənasına gəlmir. Sadəcə adamı incitməmək, azadlığını tanımaq  anlamına gəlir. Vəzifəli şəxslər ümumiyyətlə daha aparıcı olmalıdırlar, konservativ yox. Və etirazlarını bildirəndə hər şeyi nəzərə alıb elə ağıllı  cümlələr qurmalıdırlar ki, orda pis mənalar axtarmayaq”.



Ekspert deyib ki, jurnalistikanın əsas borclarında biri də ictimai əhəmiyyətli mövzulardan danışmaqdır:

“Əgər şort geyən qıza pis münasibət olubsa, zorakılıq, ikrah varsa,  bu ciddi ictimai əhəmiyyətə malikdir və mediaya çıxarılmalıdır. Amma sadəcə bir qızın şort geyməsini müzakirəyə çıxarmaq gülüncdür. Fərq bundadır.  Qeyd etdiyim kimi, məsələlərə ictimai fon vermək lazımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?