Modern.az

Dünya Çempionatı-2018: Portuqaliya qalib gəldi

Dünya Çempionatı-2018: Portuqaliya qalib gəldi

20 İyun 2018, 17:56

Bu gün Rusiyada keçirilən dünya çempionatında daha 3 görüş keçiriləcək. 

Modern.az-ın məlumatına görə, bu oyunlardan sonra A və B qruplarında ikinci tura yekun vurulacaq.

B qrupunun ilk matçında Portuqaliya Mərakeşlə üz-üzə gəlib. İlk görüşdə Kriştiano Ronaldonun het-triki sayəsində İspaniya ilə bərabərə qalan Portuqaliya yığması bu dəfə mundialda ilk qələbəsini qazanmağa çalışıb. Və buna nail də olub.

Belə ki, Portuqaliya Ronaldonun qolu ilə Mərakeş üzərində 1:0 hesablı qələbə qazanıb.


Portuqaliya - Mərakeş - 1:0 (İkinci hissə)
Qol:
 Ronaldo, 4
Baş hakim: Mark Giger (ABŞ)
Moskva. “Lujniki stadionu”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir