Modern.az

Kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu evləndi

Kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu evləndi

20 İyun 2018, 18:34

2014-cü il iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov evlənib.

 

Modern.az xəbər verir ki, bu barədə Kürdoğlu Əsgərov öz Facebook səhifəsində yazıb: 

“Subaylığa əlvida. Söz vermişdim ki, atam gələndə toy edəcəm. Ancaq atamdan 8 aydır məktub gəlməməsi məni çox narahat edir və qərara gəldim ki, gələn dəfə atama məktubumda qeyd edim ki, evləndim. O birisini, bu birisini bilmirəm. Mən nəinki toyu dədə-baba adəti ilə, adi bir qazan asılmasına da icazə vermədim. 


Mən Dilqəmin oğluyam. Allahın köməkliyi ilə toy da, bayram da atam azad olunub gələndə olacaq”.

 

Xatırladaq ki, işğal altındakı Dağlıq Qarabağda öz yaxınlarının qəbrini ziyarət edən zaman Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən girov götürülüblər. Xankəndində keçirilən “qondarma məhkəmə” Dilqəm Əsgərovu ömürlük azadlıqdan məhrum edib, Şahbaz Quliyevə isə 22 il cəza kəsib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı