Modern.az

Erməni futbolçu Azərbaycanda oynaya bilər

Erməni futbolçu Azərbaycanda oynaya bilər

20 İyun 2018, 18:50

Lüksemburqun “Proqres” klubunun tərkibində Azərbaycana erməni futbolçu gələ bilər.

Söhbət Gürcüstanın paytaxtı Tbilisidə doğulmuş Aleksandr Karapetyandan gedir.

 

O, Avropa Liqasında “Qəbələ”yə qarşı oynaya bilər.

“Proqres”in 87 nömrəli futbolçusu nə Ermənistan, nə də Gürcüstan klublarında çıxış edib. Karapetyan daha çox Almaniyanın aşağı dəstə klublarında və Lüksemburqda karyera qurub.

Onun 2014-cü ildə Ermənistan millisinin formasında iki oyuna çıxdığını da qeyd etməliyik. Deməli, bu futbolçunun Ermənistan vətəndaşlığı da var.

 

Aleksandr Karapetyan ötən mövsüm “Proqres”in heyətində 23 oyun keçirib və 29 qola imza atıb. Komandasının əsas qol ümidi olduğunu nəzərə alsaq, Karapetyanın Bakıya gələcəyi real görünür.

 

Qeyd edək ki, bu artıq “Qəbələ” ilə bağlı yaranmış ikinci belə bir hadisədir. 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində hazırda İngiltərənin “Arsenal” klubunda top qovan Ermənistan millisinin futbolçusu Henrix Mxitaryan Bakıya gələ bilərdi. Lakin Dortmund “Borusiya”sı onu siyasi səbəblərə görə gətirməmiş və futbolçunun zədəsi olduğunu bildirmişdi.

 

(oxu.az)

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir