Modern.az

Şəkidə üç uşağı sahibsiz it dişləyib

Şəkidə üç uşağı sahibsiz it dişləyib

Aktual

20 İyun 2018, 23:14

Şəkinin Baş Göynük kəndində bir gündə üçü azyaşlı olmaqla yeddi nəfəri sahibsiz it dişləyib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisələr gün ərzində qeydə alınıb. Belə ki, rayonun Baş Göynük kənd sakinləri olan 1945-ci il təvəllüdlü Niyazi Sadəddin oğlu Mahmudov sol əlin said nahiyəsinin, 1992-ci il təvəllüdlü Gülnaz Sərdar qızı Abdullayeva sağ sarğı nahiyəsinin, 2012-ci il təvəllüdlü Nardanə Dəyanət qızı Abdullayeva başın alın nahiyəsinin, 2014-cü il təvəllüdlü Aynur Qaçay qızı Abdullayeva başın alın nahiyəsinin, 1974-cü il təvəllüdlü Nəsimi Fərman oğlu Saatov sağ qolun və qarnının sol hissəsinin, 2012-ci il təvəllüdlü Eşqin Fərahim oğlu Mahmudov başın və sol ayağın baldır nahiyəsinin, 1953-cü il təvəllüdlü Nəhayət Mustafa qızı Məmmədova sol qolun bazu nahiyəsinin it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından bildirlib ki, Baş Göynük kənd sakinləri olan üçü azyaşlı olmaqla ümumilikdə yeddi nəfəri sahibsiz it dişləyib. Xəstəxanaya müraciət edən yeddi nəfərin hamısına lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür