Modern.az

Baba laqonda ilə nəvəsinin ayağını kəsdi

Baba laqonda ilə nəvəsinin ayağını kəsdi

Aktual

21 İyun 2018, 00:09

Mingəçevir şəhərində baş verən bədbəxt hadisə nəticəsində 14 yaşlı uşaq xəsarət alıb. Modern.az "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi, 7 a, mənzil 44 ünvanında baş verib. Belə ki, işlək vəziyyətdə olan laqondanın 2004-cü il təvəllüdlü Cəfərov Orxan Vüqar oğlunun üzərinə düşməsi nəticəsində yeniyetmə ağır xəsarətlər alıb.

 

Laqonda uşağın sol baldır əzələsini və sağ ayaq barmağını kəsib. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

 

Məlum olub ki, hadisə O.Cəfərovun babası evdə təmir işləri görərkən baş verib. Ehtiyatsızlıq nəticəsində işlək vəziyyətdə olan laqonda babanın əlindən düşərək yanındakı nəvəsinə ağır xəsarət yetirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür