Modern.az

Bitkoin oğurluğu qiyməti ucuzlaşdırdı

Bitkoin oğurluğu qiyməti ucuzlaşdırdı

21 İyun 2018, 00:28

Bitkoin Cənubi Koreyada kriptovalyuta birjasının haker hücumuna məruz qalması xəbəri fonunda ucuzlaşmaqda davam edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, gecə saatlarında "Bithumb" birjasına hücum nəticəsində 30 milyon dollara yaxın məbləğ oğurlanıb.

 

"CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,12 faiz ucuzlaşaraq 6 653 dollar təşkil edib.

 

Alternativ kriptovalyutaların qiyməti fərqli şəkildə dəyişib. Belə ki, "Ethereum" 1,16 faiz və ya 525,07 dollaradək bahalaşıb, "Ripple" 1,22 faiz (0,531 dollara qədər), "Bitcoin Cash" 0,59 faiz (876,4 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 284,3 milyard dollar təşkil edir və bunun 40 faizi bitkoinin payına düşür.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir