Modern.az

“Grand Hospital” niyə \"Güvən\" oldu...

“Grand Hospital” niyə \

21 İyun 2018, 09:19

Bir müddət öncə Bakıdakı özəl klinikalardan biri -“Grand Hospital” həkim qurbanı olan xəstələrin siyahısı ilə gündəmə gəlmişdi. Əvvəlcə 20 yaşlı Ayşən Mirzəyeva, sonra 56 yaşlı Nurağa Qasımov həkim səhlənkarlığı nəticəsində dünyalarını dəyişib. Məlum ölüm hadisələri xəstəxananın imicinə ciddi zərbə vurub. Görünür elə bu səbəbdən də “Grand Hospital” “yenilik” etmək qərarına gəlib.

Artıq 20 gündən çoxdur ki, “Grand Hospital” aını dəyişərək “Ege Hospital” kimi fəaliyyət göstərir.Bununla yanaşı klinikanın xeyli həkimi də işdən çıxarılıb.

Modern.az saytı hospitalın əvvəlki adının hansı səbəblərdən dəyişdirildiyinə aydınlıq gətirlməsi üçün müəssisəyə müraciət edib.


“Ege Hospital”dan saytımıza bildiriblər ki, xəstəxananın adının dəyişdirilməsində qeyri-adi heç nə yoxdur.


“Klinikanın yeni rəhbəri Türkiyədən gəlmiş həkimdir. O, xəstəxanaya rəhbər təyin ediləndən sonra “Grand” adından imtina edib. Burada qeyri-adi nəsə yoxdur. Təbii ki, xəstəxanada azərbaycanlı həkimlər də çalışır”.

 “Grand Hospital”da  müayinə, müalicə və əməliyyat qiymətlərinin digər klinikalardakı ilə müqayisədə baha olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?