Modern.az

Xaricdə yaşayan türklər prezidenti seçdilər – Bülletenlər Ankaraya gətirildi

Xaricdə yaşayan türklər prezidenti seçdilər – Bülletenlər Ankaraya gətirildi

21 İyun 2018, 10:31

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə nəticələri bu gün Türkiyəyə gətirilib.

 

Modern.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, səslərin olduğu yükün qarşılanmasında siyasi partiya nümayəndələri də iştirak edib.

Xaricdə iyunun 7-də başlanan səsvermə prosesinin sona çatmasından sonra nəticələr Türkiyə Hava Yollarına aid təyyarə ilə Ankaraya gətirilib.

 

Esenboğa hava limanına gətirilən yükü səlahiyyətli şəxslər təhvil alıb. Bundan sonra polisin müşayiəti  ilə həmin yük maşınlara  yüklənərək Ankara Ticarət Odası Konqres Mərkəzinə aparılıb və xüsusi saxlanclarda yerləşdirilib.

Bu səsvermənin nəticələri Türkiyə daxilindəki səsvermə prosesi sona çatana qədər bağlı şəkildə mühafizə ediləcək.

 

İyunun 24-də saat 17-də səsvermə prosesi sona çatdıqdan sonra gətirilən bağlı səslər də sayılaraq ümumi nəticələrə qatılacaq.

 

Qeyd edək ki, Türkiyə xaricində olan 3 milyon 47 min 323 seçici üçün 60 ölkədə 123 səsvermə məntəqəsi təşkil edilib. Seçicilərdən 1 milyon 486 min 408 nəfər Türkiyə prezidenti və Parlamenti üçün səs verib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi