Modern.az

Türkiyədə ilk olaraq prezident seçkilərini bülletenlər sayılacaq

Türkiyədə ilk olaraq prezident seçkilərini bülletenlər sayılacaq

Dünya

21 İyun 2018, 12:42

İyunun 24-də Türkiyədə prezident və parlament seçkilərinin birlikdə keçirilməsi bu seçkilərin hansının birinci sayılacağı sualını ortaya qoyur.

 

Modern.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki,  səsvermə prosesinin sona çatmasından sonra ilk olaraq prezident seçkilərinin bülletenləri sayılacaq.

Prezident seçkilərinin nəticələrinin sayımından sonra isə parlament seçkilərinin büllütünlərinin sayımına başlanılacaq.

 

Seçkilər saat 8-dən 17-yə kimi davam edəcək. Seçicilərin saat 17-də hələ də sırada olduğu halda bülletenlər sayıldıqdan sonra qalan seçicilər də sıra ilə səs verə biləcəklər.

 

Ümumilikdə seçkilərdə 56 milyon 342 min 263 seçicinin səs verməsi gözlənilir.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident seçkiləri ilə birgə 27-ci parlament seçkiləri də keçiriləcək.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!