Modern.az

“Gürcü nəsri antologiyası” ilk dəfə Azərbaycan dilində

“Gürcü nəsri antologiyası” ilk dəfə Azərbaycan dilində

21 İyun 2018, 12:48

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – “Gürcü nəsri antologiyası” kitabı işıq üzü görüb.

 

Müasir gürcü ədəbiyyatının ümumi mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitaba Mixeil Cavaxişvili, Cabua Amirecibi, Tamaz Çiladze, Revaz İnanişvili, Nuqzar Şataidze, Maka Coxadze, Şota İataşvili, İrakli Cavaxadze, Marina Soskolauri kimi, otuzdan çox tanınmış gürcü ədibinin əsərləri toplanıb.

 

Əsərləri gürcü dilindən tanınmış Azərbaycan yazıçıları Nəriman Əbdülrəhmanlı və Etimad Başkeçid çevirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır