13 dekabr 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Azərbaycanlı deputatlar Çində - İmperator Sarayı ilə tanışlıq...
Azərbaycanlı deputatlar Çində - İmperator Sarayı ilə tanışlıq...
21.06.2018, 13:12

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə iyunun 19-da Çin Xalq Respublikasına rəsmi səfər edib.


Modern.az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, deputatlar Əliağa Hüseynov, Xanlar Fətiyev, Rauf Əliyev, Malik Həsənov, Hikmət Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.


İyunun 20-də nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub. Nümayəndə heyəti əvvəlcə partiyanın muzeyi ilə tanış olub. Muzeylə tanışlıq zamanı bildirilib ki, burada partiyanın tarixinə, onun ölkənin siyasi həyatındakı roluna dair eksponatlar saxlanılır.


Milli Məclis sədrinin partiyanın rəhbərliyi ilə görüşündə iki ölkənin tarixən formalaşmış əlaqələrindən, müasir dövrdə müxtəlif sahələrdə, o cümlədən iqtidar partiyaları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, dövlət başçıları İlham Əliyevin və Si Cinpinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrimiz qarşılıqlı faydalı şəkildə inkişaf edir.


Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Pekindəki İmperator Sarayı və muzeyi ilə də tanış olub.


Bildirilib ki, 1420-1912-ci illərdə Çin imperatorlarının iqamətgahı kimi fəaliyyət göstərmiş bu tarixi abidə dünyada ən böyük saray kompleksi hesab olunur. Ənənəvi Çin memarlığı üslubunda inşa olunan, 990-a yaxın tikilidən ibarət olan saray kompleksi UNESCO-nun Bəşəriyyətin Maddi İrs Siyahısına daxil edilib.


Azərbaycan parlamentinin nümayəndə heyəti İmperator sarayını gəzib, kompleksin müxtəlif hissələri ilə tanış olub.


Həmin gün Milli Məclis sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti  Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Canşu ilə görüşüb.


Çin-Azərbaycan əlaqələrinin tarixi köklərinin olduğunu bildirən Li Canşu qədim İpək Yolunun hər iki xalqı sıx tellərlə bir-birinə bağladığını deyib. O, ölkələrimiz arasında əlaqələrin hazırda yüksək səviyyədə olduğunu bildirərək, bu münasibətlərin xalqlarımızın maraqlarına söykənərək qarşılıqlı faydalı şəkildə genişləndiyini diqqətə çatdırıb.


İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayan Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı dövlət başçılarının ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiklərini məmnunluqla xatırladıb.


Li Canşu bu yaxınlarda ölkəmizdə keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanmasını yada salaraq, bu qələbənin Azərbaycan xalqının ona olan böyük etimadının göstəricisi olduğunu deyib. Əmin olduğunu bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək.


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdıran Li Canşu ölkəsinin Azərbaycanın inkişafına sevindiyini və bu inkişafı dəstəklədiyini bildirib.


Çin rəsmisi Milli Məclisin sədri Oqtay Əsədovun Çinə səfərinin ikitərəfli əlaqələrimizin, o cümlədən parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.


Li Canşu ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.


Çinə rəsmi səfərə dəvətə görə təşəkkürünü bildirən Milli Məclisin Sədri  Azərbaycanın Çin ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. Oqtay Əsədov Prezident İlham Əliyevin ölkələrimizi xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətlərinin birləşdirməsi ilə bağlı fikrini yada salaraq, hazırda əlaqələrimizin müxtəlif sahələrdə yüksək inkişaf dinamikası ilə seçildiyini diqqətə çatdırıb.


İkitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlər zamanı əldə edilmiş razılaşmaların müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Sədr  dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında mövcud olan qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal siyasi dialoqun əsasını təşkil etdiyini deyib. Bu siyasi dialoq, öz növbəsində, iki ölkə arasında iqtisadi, hərbi, nəqliyyat, turizm, humanitar və başqa sahələrdə əlaqələrin genişlənməsində mühüm rol oynayır.


Milli Məclisin Sədri Azərbaycan Prezidenti İlham Əliyevin Çinə 2015-ci ildə dövlət səfərindən sonra münasibətlərimizin keyfiyyətcə daha yüksək səviyyəyə qalxdığını deyib. Ölkələrimizin aparıcı siyasi qüvvələri olan Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edən Oqtay Əsədov bu əlaqələrin, öz növbəsində, bütün sahələrdə əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verdiyini vurğulayıb. “Sevindirici haldır ki, partiyalararası qarşılıqlı səfərlər intensiv xarakter alıb”, - deyən Milli Məclisin sədri Çin Kommunist Partiyasının 19-cu qurultayında qəbul olunmuş qərarların Azərbaycanda da yaxından izlənildiyini diqqətə çatdırıb.


Milli Məclisin sədri dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin böyük rolundan bəhs edərək, Azərbaycan nümayəndə heyətinin Çinə hazırkı səfərinin qanunverici orqanlar arasında əməkdaşlığın genişlənməsinə də töhfə verəcəyinə əminliyini bildirib.


Oqtay Əsədov Çinin Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətini yüksək qiymətləndirərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələrə Çinin verdiyi dəstəyi xatırladıb. O, iki ölkə arasında əlaqələrin inkişafı üçün etibarlı hüquqi bazanın yaradıldığını qeyd edərək, qarşılıqlı ticarət dövriyyəsinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.


Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu xatırladan Oqtay Əsədov bunun ölkələri və xalqları bir-birinə yaxınlaşdıran, əməkdaşlığı təşviq etməklə dövlətlərin iqtisadi inkişafına təkan verən bir strategiya olduğunu deyib. O, Azərbaycanın sahib olduğu tranzit-logistika imkanlarının “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına əməli töhfələr verdiyini diqqətə çatdırıb.


Milli Məclisin sədri ölkələrimizin mədəni, təhsil, turizm və digər sahələrdə əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanların olduğunu deyib.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gürcüstan parlamentində büdcə ilə bağlı səsvermə baş tutmayıb
13.12.2018, 00:54

Gürcüstan parlamentində büdcə ilə bağlı səsvermə baş tutmayıb

Qurban Qurbanovun Londondakı mətbuat konfransına cəmi 3 jurnalist gəlib - FOTO
13.12.2018, 00:33

Qurban Qurbanovun Londondakı mətbuat konfransına cəmi 3 jurnalist gəlib - FOTO

Bərdədə avtomobil 13 yaşlı məktəbli qızı vurdu
13.12.2018, 00:14

Bərdədə avtomobil 13 yaşlı məktəbli qızı vurdu

Çempionlar Liqası 6-cı tur – “MOİK” “Real”ı Madriddə darmadağın etdi
13.12.2018, 00:00

Çempionlar Liqası 6-cı tur – “MOİK” “Real”ı Madriddə darmadağın etdi

Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu Verdi
12.12.2018, 23:41

Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu Verdi

Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü
12.12.2018, 23:23

Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü

Azərbaycan nefti ucuzlaşır
12.12.2018, 23:09

Azərbaycan nefti ucuzlaşır

Sabunçuda 3 otaqlı ev yanıb
12.12.2018, 22:48

Sabunçuda 3 otaqlı ev yanıb

Azərbaycanda qızıl ucuzlaşıb
12.12.2018, 22:34

Azərbaycanda qızıl ucuzlaşıb

Trampın keçmiş vəkili həbs edildi
12.12.2018, 22:19

Trampın keçmiş vəkili həbs edildi

Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb
12.12.2018, 22:05

Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
12.12.2018, 21:43

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Fransada 720 polis əməkdaşı bir şübhəlinin axtarışı ilə məşğuldur
12.12.2018, 21:30

Fransada 720 polis əməkdaşı bir şübhəlinin axtarışı ilə məşğuldur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Heydər Əliyevin xatirəsini yad edib
12.12.2018, 21:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Heydər Əliyevin xatirəsini yad edib

SWIFT-in baş direktoru istefaya gedib
12.12.2018, 21:11

SWIFT-in baş direktoru istefaya gedib

Bakıda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub
12.12.2018, 20:54

Bakıda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub

Türkap rəhbəri Heydər Əliyevin heykəlini ziyarət etdi
12.12.2018, 20:46

Türkap rəhbəri Heydər Əliyevin heykəlini ziyarət etdi

Ermənistanın yeni parlamenti nə vaxt toplaşacaq?
12.12.2018, 20:37

Ermənistanın yeni parlamenti nə vaxt toplaşacaq?

İranda sərnişin daşımaq üçün təyyarə çatışmır
12.12.2018, 20:12

İranda sərnişin daşımaq üçün təyyarə çatışmır

Metronun “Gənclik” stansiyasında dava - saxlanılanlar var
12.12.2018, 19:55

Metronun “Gənclik” stansiyasında dava - saxlanılanlar var

Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb - FOTOLAR
12.12.2018, 19:39

Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb - FOTOLAR

İndoneziya səfiri: “Qarabağ Azərbaycanındır”
12.12.2018, 19:30

İndoneziya səfiri: “Qarabağ Azərbaycanındır”

Mnatsakanyanı nə Pompeo, nə də Stoltenberq qəbul edib
12.12.2018, 19:28

Mnatsakanyanı nə Pompeo, nə də Stoltenberq qəbul edib

Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
12.12.2018, 19:12

Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

Rusiya Ordusunun Baş Qərargah rəisi NATO komandanı ilə Bakıda görüşdü
12.12.2018, 19:05

Rusiya Ordusunun Baş Qərargah rəisi NATO komandanı ilə Bakıda görüşdü

NASA yeni ekzoplanet kəşf edib
12.12.2018, 18:43

NASA yeni ekzoplanet kəşf edib

Həştərxanda Heydər Əliyevin anım mərasmi keçirilib - FOTOLAR
12.12.2018, 18:25

Həştərxanda Heydər Əliyevin anım mərasmi keçirilib - FOTOLAR

“Agetch and Green Energy” beynəlxalq forumu başa çatıb
12.12.2018, 18:19

“Agetch and Green Energy” beynəlxalq forumu başa çatıb

Xamenei: “ABŞ 2019-cu ildə İranı qarışdıra bilər”
12.12.2018, 18:10

Xamenei: “ABŞ 2019-cu ildə İranı qarışdıra bilər”

21 Azər hərəkatı və davam edən əsarət
12.12.2018, 17:56

21 Azər hərəkatı və davam edən əsarət

Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirildi
12.12.2018, 17:55

Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirildi

Adil Əliyevdən türkiyəli jurnalistə böyük etimad   
12.12.2018, 17:30

Adil Əliyevdən türkiyəli jurnalistə böyük etimad  

Oqtay Əsədov Zurabişvilinin andiçməsində iştirak edəcək
12.12.2018, 17:19

Oqtay Əsədov Zurabişvilinin andiçməsində iştirak edəcək

Nəslimin yarpaq tökümü
12.12.2018, 17:09

Nəslimin yarpaq tökümü

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
12.12.2018, 17:03

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib
12.12.2018, 16:59

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib

Bu il dünyasını dəyişən TANINMIŞLAR   
12.12.2018, 16:52

Bu il dünyasını dəyişən TANINMIŞLAR  

“Nar”dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri
12.12.2018, 16:52

“Nar”dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

Sərhədi saxta sənədlərlə keçmək istəyənlər tutuldu
12.12.2018, 16:50

Sərhədi saxta sənədlərlə keçmək istəyənlər tutuldu

Bakıda tikiş sexində partlayış - 2 nəfər xəsarət aldı
12.12.2018, 16:48

Bakıda tikiş sexində partlayış - 2 nəfər xəsarət aldı

Vyetnamda Heydər Əliyev anıldı
12.12.2018, 16:30

Vyetnamda Heydər Əliyev anıldı

Şabranda gəmiricilər əleyhinə mübarizə...
12.12.2018, 16:28

Şabranda gəmiricilər əleyhinə mübarizə...

Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanıldı
12.12.2018, 16:18

Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanıldı

Nəcməddin Sadıkov Gerasimovla hərbi əməkdaşlığı müzakirə etdi
12.12.2018, 15:59

Nəcməddin Sadıkov Gerasimovla hərbi əməkdaşlığı müzakirə etdi

Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək
12.12.2018, 15:40

Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək

İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı - YENİLƏNİB
12.12.2018, 15:37

İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı - YENİLƏNİB

Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI
12.12.2018, 15:32

Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI

Heydər Əliyevin anım günü Ağstafada izdihamla qeyd olundu
12.12.2018, 15:26

Heydər Əliyevin anım günü Ağstafada izdihamla qeyd olundu

Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib
12.12.2018, 15:26

Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib

Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ   
12.12.2018, 15:24

Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ  

ARXİV