Modern.az

Pambıq tarlalarının sifarişçisi - “CTS-AQRO” şirkəti:Ürəkbulanma zəhərlənmə demək deyil”

Pambıq tarlalarının sifarişçisi - “CTS-AQRO” şirkəti: “Ürəkbulanma zəhərlənmə demək deyil”

21 İyun 2018, 13:22

Tərtərdəki pambıq əkininin sifarişçisi olan "CTS-AQRO" MMC-dən rayonda baş vermiş zəhərlənmə faktı ilə bağlı Modern.az-a açıqlama verilib.

Şirkətdən Modern.az-a bildirilib ki, pambıq tarlasında təhlükəsizliyə riayət edilməməsilə bağlı iddialar əsassızıdır:


“Xəstəxanalara müraciət edən adamlarda ürəkbulanma kimi hallar müşahidə olunub. Bu isə zəhərlənmə demək deyil. Zəhərlənmə diaqnozu təsdiqlənəcəyi təqdirdə lazımi tədbirlər görüləcək”.

Həmçinin, tarlalarda istifadə müddəti bitmiş dərmanların tətbiqinə də münasibət bildirilib:

“Biz şirkət olaraq kimyəvi pereparatları qeydiyyatdan keçən, lazımi sertifikat və şəhadətnamərlər almış və  uzun müddət bu sahə ilə məşğul olan “EMA” MMC şirkətindən alırıq. Bizim mütəxəssislərimiz dərmanlarla bağlı həm fermerləri, həm də sahədə işləyəcək olanları təlimatlandırırlar.

 

Elə dərmanlar var ki, onu tətbiq etdikdən 1 gün sonra sahəyə girilməlidir, amma işçilər 5 gün sonra girib. Yəni “işçilərin sahə dərmanlanan kimi ora göndərilməsi” fikirləri doğru deyil. Biz nəticələri gözləyirik. Hazırda araşdırmalar gedir, iki mütəxəssisimiz Tərtədədir. Araşdırmalar bitdikdən sonra hansı nəticəyə gəlinəcəksə, ona uyğun da qərar veriləcək. Amma dərmanları aldığımız “EMA” MMC təhlükəsizliyə və dərmanların keyfiyyətinə cavabdehdir”.

 

Qeyd edək ki, iyun ayı ərzində Tərtərdəki pambıq sahələrində müxtəlif vaxtlarda iki dəfə kütləvi zəhərlənmə faktı qeydə alınıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı