Modern.az

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin keçmiş rəisinə yeni vəzifə verilib? - AÇIQLAMA  

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin keçmiş rəisinə yeni vəzifə verilib? - AÇIQLAMA   

21 İyun 2018, 13:37

Qida Təhlükəsizliyi Agentliyi bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunmuş Camal Quliyevin Agentliyə təyinatı ilə bağlı yayılan məlumatları təkzib edib.


Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Modern.az-a bildirib ki, məlumat həqiqətə uyğun deyil və bununla bağlı yayılan xəbərin heç bir əsası yoxdur.

Qeyd edək ki, pambıq tarlalarında baş vermiş zəhərlənmə faktlarına görə, ötən gün kənd təsərrüfatı naziri İnam Kərimovun əmrilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev vəzifəsindən azad edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir