Modern.az

Metroda sərnişinləri üzdən tanıma sistemi işə düşəcək

Metroda sərnişinləri üzdən tanıma sistemi işə düşəcək

Dünya

21 İyun 2018, 14:00

Çində hüquq mühafizə orqanları, müşahidə kameralarında tətbiq edilən üztanıma sistemi indi də metroda istifadə edilə bilər.

 

Modern.az  “NTV” kanalına istinadən xəbər verir ki, metro istifadəçiləri üz tanıma sistemini bilet kimi istifadə edəcəklər.

Dünyanın ən çox metro istifadəçilərinə sahib şəhərlərdən biri olan Pekin bu üsul ilə sıxlığı nəzərəçarpacaq dərəcədə aradan qaldırmaq niyyətindədir.

 

Beləliklə sərnişinlərin stansiyalara buraxılmaları üçün artıq keçid vasitəsi əldə etməyə ehtiyac olmayacaq.

Onlar sima tanınması xidməti ilə heç bir problem və gecikmə yaşamadan metr stansiyalara daxil ola biləcəklər.

Yeni texnologiyaların tətbiqi ilə dünyaya səs salan Çin bundan əvvəl polis nəfərlərinə üztanıma funksiyası ilə eynəklər verib. Bu eynəklər polislərə axtarışda olan cinayətkarları ən tez bir zamanda aşkara çıxarmaq imkanı verir.

 

Qeyd edək ki, bundan əlavə Çin hökuməti bu dəfə üztanıma sistemini dərs sistemində istifadə etmək niyyətindədir. Belə ki, kameralar tərəfindən müşahidə olunan dərslərdə bu xidmət dərsə qulaq asmayan şagird və tələbələri ifşa edəcək.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?