Modern.az

Kikabidzedən SSRİ haqda qalmaqallı SÖZLƏR: “İttifaq dağılanda sevinirdim”

Kikabidzedən SSRİ haqda qalmaqallı SÖZLƏR: “İttifaq dağılanda sevinirdim”

21 İyun 2018, 14:44

SSRİ Xalq artisti, məşhur müğənni və aktyor Vaqtanq Kikabizdenin SSRİ-nin süqutu barədə sözləri Rusiyada ciddi narazılıqla qarşılanıb.

 

Modern.az xəbər verir ki, Almaniya mətbuatına açıqlama verən Kikabidze SSRİ-nin dağılmasına sevindiyini və onun gerbinə həmişə nifrət etdiyini xatlrayıb.

Buna cavab olaraq, Rusiya Dumasının bir qrup deputatı və ictimai xadimlər onu “ikiüzlülük”də ittiham ediblər.

Kinorejissor, hazırda Dumanın deputatı Vladimir Borkto isə Kikabidzeyə məhz Sovet vaxtı populyarlılq qazanmasını unutmamalı olduğunu deyib.

 

Gürcü sənət adamı isə müsahibəsinin doğurduğu rezonansa cavab olaraq, SSRİ-yə yox, yalnız onun gerbinə nifrət etdiyini deyib.

“SSRİ-yə nifrətim olmayıb. Am aonun gerbini sevmirəm. Bu ağla gələck ən mənasız simvoldur. SSRİ-də məşhurluq qazanmağıma gəlincə, kiminsə ayağına düşmək fikrim yoxdur. Mən özüm özümü yaratmışam”.

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir