Modern.az

Azərbaycanda İranın Mədəniyyət Günləri keçiriləcək

Azərbaycanda İranın Mədəniyyət Günləri keçiriləcək

Aktual

21 İyun 2018, 15:03

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018 – 2021-ci illər üçün Mədəni Mübadilə Proqramı”na əsasən 27 iyun - 1 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasında İran İslam Respublikasının Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb.

 

Modern.az xəbər verir ki, tədbir çərçivəsində İran İslam incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulmuşdur. İran İslam Respublikasının Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və insanların bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurulmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə  xidmət edəcəkdir.

 

Mədəniyyət Günləri çərçivəsində İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad naziri doktor Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfərə gələcəkdir.

 

Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərin proqramı:

 

s/s

Vaxt və saat

Tədbirin adı

Keçirilmə yeri

Ünvan

1.

27 iyun,  saat 17:00

  • - Mətbuat konfransı,
  • - İran incəsənət ustalarının əl işləri, milli geyim nümunələrinin, turizm, xəttatlıq, foto və rəsm əsərlərindən ibarət sərginin açılışı

Muzey Mərkəzi

(Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 49)

 

 

2.

27 iyun, saat 19:00

İran Mədəniyyət Günlərinin rəsmi açılışı və İran Milli Orkestrinin konserti,

Azərbaycan Dövlət Akademik Filarmoniyası

(Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 10)

 

 

28 iyun, saat 17:00

Tanınmış rejissor Məhəmmədrza Məcidi Taleşin “Məhəmməd: Allahın Elçisi” bədii filminin təqdimatı,

Nizami Kino Mərkəzi

(Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 20)

3.

28 iyun, saat 19:00

Titovak Teatrının “İlahi Komediya. Cəhənnəm” tamaşasının (ssenari müəllifi və rejissoru İbrahim Poştkuhi) nümayişi

Azərbaycan Dövlət Musiqili Teatrı,

(Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 8)

4.

29 iyun, saat 19:00

İran Milli Orkestrinin konserti

Gəncə Dövlət Filarmoniyası

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı