Modern.az

İnstagram-dan daha bir YENİLİK

İnstagram-dan daha bir YENİLİK

21 İyun 2018, 15:06

“İnstagram” bu dəfə istifadəçilərini daha bir yeniliklə sevindirməyə davam edir.

 

Modern.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, hazırki yenilik istifadəçilərin videoları üçün nəzərdə tutulmuş 60 saniyəlik limiti 10 dəqiqəyə qədər artıracaq.

“İGTV” adlanan yeni tətbiq adi istifadəçilərə 10 dəqiqəyə qədər video yükləmək imkanı verir. Daha çox izləyiciləri olan istifadəçilər isə 60 dəqiqəlik videolar yükləyə biləcəklər.

 

Bununla da “İnstagram” Google şirkətinə məxsus “Youtube”a rəqib olmağa çalışır.

Qeyd edək ki, “Facebook” şirkətinin 2012-ci ildə aldığı “İnstagram” səkkiz yaşı olsa da artıq 1 milyard istifadəçisi var.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi