19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - PARLAMENT - “Hərbi parad Ermənistana çox ciddi siqnal olacaq”  
“Hərbi parad Ermənistana çox ciddi siqnal olacaq”  
21.06.2018, 15:18

İyunun 26-da  Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar Bakıda hərbi parad keçiriləcək.

Milli Məclisin deputatları bu dəfə Modern.az-a Ordumuzun yaranmasının 100 illik yubileyi  əlaqədar keçiriləcək hərbi paradın əhəmiyyətindən danışıblar.

Milli Məclisin Hüquq siyasəti və  dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı  Azərbaycanda əvvəllər keçirilmiş hərbi paradları xatırladıb.

“Həmin paradlar çox yüksək səviyyədə təqdim edilib. Mən tamamilə əminəm ki, Ordumuzun 100 illiyi ilə bağlı keçiriləcək parad da özünün bütün tərəflərinə, parametrlərinə görə yüksək səviyyədə baş tutacaq. Azərbaycanın ildən-ilə hərbi sahədə qüvvətlənir, Ordumuzun döyüş qabiliyyəti artmaqla bərabər, həm də onun texniki təchizatında uğurlara imza atılır.  Azərbaycanın istehsal etmiş olduğu müdafiə xarakterli silahlar, beynəlxalq səviyyədə tanınmış  şirkətlərdən almış olduğumuz hərbi texnikalar ölkəmizin güclü bir dövlət olduğuna diqqət çəkir. Təsadüfi deyil ki, hərbi ekspertlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu  içərisində qiymətləndirirlər. Hesab edirəm ki, Müdafiə Nazirliyinin bu istiqamətdəki fəaliyyəti çox yüksək səviyyədədir. İyunun 26-da baş tutacaq hərbi parad Azərbaycanın qürur mənbəyi kimi hər birimizdə sevinc doğuracaq. Heç şübhəsiz ki, işğalçı Ermənistana çox ciddi siqnal olacaq. Əminəm ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı qısa zaman kəsiyində azad edəcək. Bununla da Azərtbaycanın dövlətçilik tarixinə şanlı səhifə yazılacaq”.

Deputat bildirib ki, hərbi paradlar bir qayda olaraq dövlətin gücünün nümayişi kimi izah olunur:

“Bu paradın həm də ən böyük əhəmiyyəti işğal olunmuş torpaqlarımızla əlaqədar həm dünyaya, həm də işğalçı dövlətə Azərbaycan Ordusunun gücünün bir daha nümayiş etdirilməsidir. Bizim üçün bu paradın ikiqat böyük əhəmiyyəti var. Çünki bu paradla biz işğalçı ölkəyə və onun arxasında duran qüvvələrə öz gücümüzü nümayiş etdiririk və ciddi mesaj veririk ki, əgər işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad olunmazsa, Ordumuzun gücündən istifadə etmək bizim müstəsna hüququmuzdur”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas qeyd edib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyilə əlaqədar Bakıda möhtəşəm parad keçiriləcək.

“Bu paradın keçirilməsinin bir vacib cəhəti odur ki, insanlarda ruh yüksəkliyi yaranır. Ordumuzun hansı səviyyədən hansı səviyyəyə gəlib çatdığı hamı tərəfindən görüləcək. 1990-cı illərdə Ordumuz könüllülərdən ibarət idi. Hətta könüllülər silah-sutsatı ciblərinin puluna alırdılar. Amma indi Ordumuzun balansında ən müasir və yüksək səviyyədə silah-sursat var. Azərbaycan Ordusu regionun ən güclüsüdür. Həmçinin, dünyanın ən güclü orduları sırasındadır”.

Deputat bildirib ki, təyyarələrin paradla bağlı məşqinə baxanda  fəxr hissi duyur.

“Mən bundan ləzzət alıram. Hələ buna parad zamanı baxanlar görün necə ləzzət alacaqlar”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki,  paradla Azərbaycan Ordusu özünün malik olduğu gücü nümayiş etdirir.


“Təbii ki, bizim hərbi gücümüzü görüb ağlı yerində olan, ayıq başla fikirləşməyi bacaran düşmənlər və onların havadarları bundan nəticə çıxartmalıdırlar. Ağlı olmayanlar da bu yaxın vaxtlarda hərbi gücümüzün zərbəsini dadacaqlar. Necə ki, 2016-cı ildə Aprel döyüşləri və bu yaxınlarda Naxçıvan istiqamətində başa salındılar. Ancaq onlar başa dümürlər və qanmırlar. Hesab edirəm ki, onlar daha güclü zərbələr almalıdırlar. Biz bir daha bu paradla hərbi gücümüzü düşmənə və dünyaya nümayiş etdirəcəyik”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-da silahlı insident
19.07.2018, 21:03

ABŞ-da silahlı insident

Azərbaycanın təklifləri qəbul edildi
19.07.2018, 20:51

Azərbaycanın təklifləri qəbul edildi

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı
19.07.2018, 20:29

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü
19.07.2018, 20:14

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü

Gürcüstan prezidenti Putinə cavab verib
19.07.2018, 20:03

Gürcüstan prezidenti Putinə cavab verib

Zərərli iş şəraitində işləyənlərin sayı 41 faiz azalıb
19.07.2018, 20:00

Zərərli iş şəraitində işləyənlərin sayı 41 faiz azalıb

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"
19.07.2018, 19:49

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"

Sumqayıtda 25 yaşlı qız itkin düşüb
19.07.2018, 19:37

Sumqayıtda 25 yaşlı qız itkin düşüb

Dövlət Miqrasiya Xidməti hesabat verdi
19.07.2018, 19:30

Dövlət Miqrasiya Xidməti hesabat verdi

İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb
19.07.2018, 19:15

İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb

İlham Əliyev Fransaya getdi
19.07.2018, 19:06

İlham Əliyev Fransaya getdi

İmişlinin baş həkim işdən azad olunub
19.07.2018, 19:00

İmişlinin baş həkim işdən azad olunub

Mövlud Çavuşoğlu Azərbaycana gəlir
19.07.2018, 18:52

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb
19.07.2018, 18:34

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib  
19.07.2018, 18:27

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib  

Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı
19.07.2018, 18:12

Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI
19.07.2018, 18:07

Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib
19.07.2018, 18:02

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib

Bakıda tanışını öldürən şəxsə 5 il cəza verildi
19.07.2018, 17:57

Bakıda tanışını öldürən şəxsə 5 il cəza verildi

Neftçalada 23 yaşlı oğlan kanalda batdı
19.07.2018, 17:51

Neftçalada 23 yaşlı oğlan kanalda batdı

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi
19.07.2018, 17:35

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb
19.07.2018, 17:32

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al
19.07.2018, 17:22

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”
19.07.2018, 17:18

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq
19.07.2018, 17:16

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar
19.07.2018, 17:14

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.07.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO    
19.07.2018, 17:04

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO  

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR
19.07.2018, 16:50

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA
19.07.2018, 16:40

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO
19.07.2018, 16:05

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”
19.07.2018, 15:59

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir
19.07.2018, 15:56

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir

Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz yaradıldı
19.07.2018, 15:25

Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz yaradıldı

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi AÇIQLAMA
19.07.2018, 15:22

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi AÇIQLAMA

ARXİV