Modern.az

ABŞ-da ağdərili əhali 200 ildə ilk dəfə azaldı

ABŞ-da ağdərili əhali 200 ildə ilk dəfə azaldı

21 İyun 2018, 16:22

ABŞ-da tarixdə ilk dəfə olaraq ağdərili əhalinin sayının azalması müşahidə olunur.

 

Modern.az “Hill” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın əhalinin siyahıya alınması bürosu bildirib.

 

Büronun məlumatına görə 2016-dan 2017-yədək ABŞ-ın ağdərili əhalisi 0,02% yəni, 31 min 516 adam azalaraq 197,8 milyona çatıb.

Bununla yanaşı digər qara dərili millətlərin saylarında ciddi artım müşahidə olunub.

 

Belə ki, Latın Amerikası ölkələrindən olan əhalinin sayı 2,1% artaraq 58,9 milyon, afroamerikalıların sayı 1,2% artaraq 47,4 milyon, Asiya millətlərinin sayı isə 3,1% artaraq 22,2 milyona çatıb.

 

Büronun analitiklərinin sözlərinə görə ağ dərili əhalinin sayının azalması artıq bir neçə ildir ki müşahidə olunur. Belə gedərsə ağların milliazlığa keçməsi prosesi (ümumi əhalinin 50%-dən aşağı düşməsi) daha tez baş verə bilər.

 

Qeyd edək ki, ABŞ-da ağ əhalinin sayının azlıq kateqoriyasına keçməsi prosesinin 2045-ci ildən tez olmayacağı proqnozlaşdırılırdı. Son məlumatlar isə bunun daha tez baş verəcəyini göstərir.

 

Əvəz ZEYNALOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər