16 noyabr 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - Muğanbank-ın reytinqi "В-/В"-yə yüksəldi
Muğanbank-ın reytinqi "В-/В"-yə yüksəldi
21.06.2018, 17:39

S&P Global Ratings beynəlxalq reytinq agentliyi “Muğanbank” ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqini "ССС+/С"-dən "В-/В"-yə artırmışdır.

Proqnoz “Sabit”-dir.

 “Fikrimizcə, 2017-ci ildə Muğanbankın cari və hesablaşma hesablarına korporativ fondlar cəlb etməklə likvidlik göstəricilərini yaxşılaşdırması, həmçinin, pərakəndə portfelinin satışı və amortizasiyasından əlavə likvidlik formalaşdırması bankın reytinq artımını şərtləndirən amildir”, - agentliyin məlumatında bildirilir.

31 dekabr 2017-ci il tarixinə olan vəziyyətə bankın geniş likvid aktivləri (istifadə hüququ məhdud olan pul vəsaitləri istisna olmaqla) əvvəlki ilin göstəricisindən (11 milyon manat) 63 milyon manatadək (təqribən $37 mln.) artmışdır və hal-hazırda bankın cəmi müştəri depozitlərinin təxminən 25%-ni əhatə edir.

Bundan əlavə, agentliyin məlumatına əsasən, bankın demək olar ki, bütün fondlaşma və likvidlik əmsalları yaxşılaşmış və hal-hazırda likvidlik göstəriciləri “adekvat” qiymətləndirilən regionun analoji banklarının göstəriciləri ilə müqayisəyə gələndir.

Muğanbankın Mərkəzi bankdan cəlb olunan fondlardan asıllığı azalaraq, əvvəlki ilin göstəricisi (15%) ilə müqayisədə 5%-dək kiçilmişdir. Bununla bağlı S&P-də hesab edirlər ki,  bank, müştəri depozitlərinin bankdan axını ilə əlaqədar əməliyyat şərtlərinin mümkün pisləşməsinə qarşı əvvəlki ilə nisbətən böyük dərəcədə müqavimət göstərə biləcək. “Bankın likvidlik göstəriciləri ilə bağlı verdiyimiz qiyməti “orta”-dan “adekvat”-a dəyişdik. İndi, bu göstərici, neytral reytinq faktorudur”, - agentliyin məlumatında qeyd edilir.

Agentliyin qiymətləndirmələrinə əsasən, Muğanbankın kapitallaşma göstəriciləri yüksək deyil. Bunun təsdiqi kimi, 2017-ci ilin sonuna olan vəziyyətə 5% təşkil edən Risklər nəzərə alınaraq yenidən hesablanan kapital əmsalı  (risk-adjusted capital - RAC) qeyd olunur.  Eyni zamanda, agentliyin proqnozuna əsasən, kapitallaşma göstəriciləri daha da pisləşəcək və yaxın 12-18 ay ərzində təqribən 3,5-3,9% təşkil edəcəkdir. “Fikrimizcə, buna səbəb Muğanbankın 2019-cu ilin sonunadək ötən iki ilə nisbətən az da olsa xalis zərər nümayiş etdirəcəyidir. Biz, kreditlər üzrə zərərin həcminin kredit portfelinin təxminən 2,3-2,5% səviyyəsində sabitləşəcəyini gözləyirik. Eyni zamanda, korporativ və ipoteka kreditləri kimi aşağı marjalı məhsulların payının artması və Azərbaycanın daha iri bankları tərəfindən rəqabətin davam etməsi səbəbindən xalis faiz marjasının pisləşməyə davam edəcəyini, bankın gəlirləri və rentabelliyinə mənfi təsir edəcəyini proqnozlaşdırırıq”, - məqalədə qeyd olunur.  

Buna baxmayaraq, agentlik, Muğanbankın minimum normativ əmsaldan yuxarı olan kapital ehtiyatının 31 mart 2018-ci il tarixinə olan vəziyyətə 300 bazis punktunu keçdiyini qeyd edərək, növbəti 18 ay müddətində 200 bazis punktundan yuxarı qalacağını proqnozlaşdırır.

 “2015-2016-cı illərdə müşahidə olunan iqtisadi azalmadan sonra Muğanbankın rentabelliyinin digər Azərbaycan banklarına nisbətən daha az templə bərpa olunduğunu qeyd edirik və artımını dəstəkləmək üçün bankın əlavə kapital formalaşdıra biləcəyini gözləmirik ”, - məlumatda bildirilir.

Bundan əlavə, agentliyin analitikləri hesab edirlər ki, Muğanbankın müştəri bazası volatil olaraq qalır və bu da 2016-cı ildə bankdan müştəri depozitlərinin əhəmiyyətli dərəcədə çıxarılmasının səbəblərindən biridir. Bununla əlaqədar, bankın biznes mövqeyi son iki il ərzində ümumilikdə pisləşərək reytinqlərə mənfi təsir göstərməyə davam edir.

“Muğanbankın biznes modelinin zəif tərəfləri müəyyən dərəcədə bankın səhmdarının dəstəyi ilə kompensasiya olunur. Son iki il ərzində səhmdar tərəfindən 35 mln. manat (təxminən $21) məbləğində kapital inyeksiyası həyata keçirilmişdir. Bank, bu il 10-15 milyon həcmində əlavə vəsaitlər əldə edə bilər. Lakin, bu dəstəyi proqnozumuzda nəzərə alımırıq. Çünki, hansı müddətə və hansı mənbələrdən cəlb olunacağı, fikrimizcə, qeyri-müəyyən olaraq qalır”, - məqalədə qeyd olunur.

2017-ci ildə kreditlər üzrə zərərin həcmi Muğanbankın ümumi kredit portfelinin 5,4%-dək azalsa da, agentliyin bank sektoru üzrə qiymətləndirdiyi orta göstəricilərdən yuxarı səviyyədə qalmaqdadır. Bununla yanaşı, bankın problemli akitvlərinin həcmi kredit portfelinin 19,5%-ni təşkil edir ki, bu da ümumilikdə sektor üzrə orta göstəricilərə uyğundur. “Azərbaycan iqtisadiyyatının hal-hazırda nəzərə çarpan bərpasını nəzərə alaraq, kreditlər üzrə yeni zərərlərin bankın ümumi portfelinin 250 b.p. səviyyəsində sabitləşəcəyini proqnozlaşdırırıq. Bundan əlavə, güman edirik ki, bankın öz istiqamətini təminatsız pərakəndə kreditlərin verilişindən ipoteka və korporativ kreditlərin verilişinə dəyişdirməsi aktivlərinin keyfiyyətinin artmasına, eləcə də kreditlər üzrə zərərin azalmasına kömək edəcəkdir. Lakin, yığılmış problemli borcların tənzimlənməsi müəyyən vaxt alacaq və problemli aktivlərin göstəricisi 2019-cu ilin sonunadək 15%-dən yuxarı qalacaqdır ”, - agentlik bildirir.

S&P hesab edir ki, maliyyə öhdəliklərini yerinə yetirmək üçün Muğanbank daha ölkədəki əlverişli biznes, maliyyə və iqtisadi şərtlərdən asılı deyildir. Agentlik, yaxın 12-18 ay ərzində defolt ssenariləri proqnozlaşdırmır. Bunu, bankın yetərli likvidlik və kapital ehtiyatına malik olması, kreditlər üzrə zərərin aşağı düşməsi və Azərbaycanda iqtisadi vəziyyətin sabitləşməsi ilə əsaslandırır.

Muğanbankın reytinqlərinə dair “Sabit” proqnozu, agentliyin, bankın yetərli likvidlik buferinə malik olması, kreditlər üzrə zərərin aşağı düşməsi və Azərbaycanın bank sektorunda iqtisadi risklərin sabitləşməsi ilə əlaqədar bankın kredit portfelinin yaxın 12-18 ay ərzində nisbətən dəyişməz qalacağı fikrini əks etdirir.

S&P, müştəri vəsaitlərinin volatilliyinin artacağı və likvidlik göstəricilərinə təsir edəcəyi təqdirdə, yaxın 12 ay ərzində Muğanbankın reytinqini aşağı sala bilər. “Bundan başqa, problemli kreditlərin həcminin artması və məbləği sektor üzrə orta göstəriciləri keçən yüksək kredit zərəri fonunda bankın aktivlərinin keyfiyyətinin pisləşəcəyi təqdirdə, mənfi reytinq müəyyənləşdirə bilərik. Mənfi reytinqin digər bir səbəbi, biznesin bankın səhmdarı tərəfindən müvafiq kapital inyeksiyası ilə dəstəklənməyəcək və bankın kapital adekvatlığı göstəricisinə təzyiq göstərəcək aqressiv artımı ola bilər”, - məlumatda qeyd olunur.

 “Hal-hazırkı qiymətləndirmə üfüqündə müsbət reytinq ağlabatan deyil. Lakin, bankın rentabelliyində əhəmiyyətli artım, habelə kreditlər üzrə zərər və problemli aktivlərin həcmində mühüm azalma nümayiş etdirəcəyi təqdirdə, müsbət reytinqin mümkünlüyünü nəzərdən keçirə bilərik”, - məqalədə qeyd olunur.  

Muğanbank 1992-ci ilin noyabr ayında yaradılmışdır və Azərbaycan banklarının birinci 15-liyinə daxildir. Bankın səhmdarları 4 fiziki şəxsdir.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
7 BMT sülhməramlısı öldürüldü
16.11.2018, 00:46

7 BMT sülhməramlısı öldürüldü

Nazir Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqlayıb
16.11.2018, 00:28

Nazir Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqlayıb

Səfir Meksika şəhəri ilə Bərdənin qardaşlaşmasını təklif edir
16.11.2018, 00:09

Səfir Meksika şəhəri ilə Bərdənin qardaşlaşmasını təklif edir

Öldürülən Rusiya səfirinin istintaqı tamamlandı
15.11.2018, 23:56

Öldürülən Rusiya səfirinin istintaqı tamamlandı

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.11.2018, 23:38

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Sabahdan avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq
15.11.2018, 23:24

Sabahdan avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov
15.11.2018, 23:10

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov

Maştağada qəbirqazan “iş başında” öldü
15.11.2018, 22:58

Maştağada qəbirqazan “iş başında” öldü

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş
15.11.2018, 22:41

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş

Azərbaycan komandası məğlub oldu
15.11.2018, 22:27

Azərbaycan komandası məğlub oldu

Sumqayıtda yaşlı kişi intihar edib
15.11.2018, 22:16

Sumqayıtda yaşlı kişi intihar edib

Azərbaycana iş üçün gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb
15.11.2018, 22:07

Azərbaycana iş üçün gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb

OPEC-in yeni prezidentinin adı açıqlandı
15.11.2018, 21:54

OPEC-in yeni prezidentinin adı açıqlandı

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır
15.11.2018, 21:42

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi
15.11.2018, 21:30

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi

Əhali 10 ayda dərmana təqribən 400 milyon manat xərcləyib
15.11.2018, 21:16

Əhali 10 ayda dərmana təqribən 400 milyon manat xərcləyib

Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi
15.11.2018, 21:03

Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi

Avtobus qəzasında xeyli insan yaralandı
15.11.2018, 20:48

Avtobus qəzasında xeyli insan yaralandı

Baş nazir istefaya göndərilir
15.11.2018, 20:37

Baş nazir istefaya göndərilir

“Instagram” Prezidentin səhifəsini yenidən bağladı
15.11.2018, 20:28

“Instagram” Prezidentin səhifəsini yenidən bağladı

Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib
15.11.2018, 20:15

Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO
15.11.2018, 20:03

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO

Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir
15.11.2018, 19:39

Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO
15.11.2018, 19:35

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
15.11.2018, 19:02

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Sabah Lənkəranda su kəsiləcək
15.11.2018, 18:54

Sabah Lənkəranda su kəsiləcək

Qarabağ İcması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyib
15.11.2018, 18:38

Qarabağ İcması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyib

UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO
15.11.2018, 18:24

UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb
15.11.2018, 18:19

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb

İlham Əliyev Əvəz Qocayevə fəxri ad verdi
15.11.2018, 17:49

İlham Əliyev Əvəz Qocayevə fəxri ad verdi

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
15.11.2018, 17:44

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək

Eldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdi
15.11.2018, 17:34

Eldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdi

Şükür Astanova Prezidentin fərdi təqaüdü verilib
15.11.2018, 17:28

Şükür Astanova Prezidentin fərdi təqaüdü verilib

İlham Əliyev onları təltif etdi - SİYAHI
15.11.2018, 17:27

İlham Əliyev onları təltif etdi - SİYAHI

Azərbaycan Hotel Assosiasiyasının I Baş Assambleyası keçiriləcək
15.11.2018, 17:27

Azərbaycan Hotel Assosiasiyasının I Baş Assambleyası keçiriləcək

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı
15.11.2018, 17:24

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı
15.11.2018, 17:21

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
15.11.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diplomatlar üçün ixtisasartırma kursları təşkil olundu
15.11.2018, 17:04

Diplomatlar üçün ixtisasartırma kursları təşkil olundu

Daha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR
15.11.2018, 16:52

Daha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?
15.11.2018, 16:34

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı
15.11.2018, 16:26

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR   
15.11.2018, 16:25

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR  

Abel Məhərrəmov rektor vəzifəsindən AZAD EDİLDİ
15.11.2018, 16:02

Abel Məhərrəmov rektor vəzifəsindən AZAD EDİLDİ

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO
15.11.2018, 15:59

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO

Neftin ölkənin ümumi ixracındakı payı artıb
15.11.2018, 15:50

Neftin ölkənin ümumi ixracındakı payı artıb

Bakıda sərnişin avtobusu yandı
15.11.2018, 15:50

Bakıda sərnişin avtobusu yandı

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi
15.11.2018, 15:39

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”
15.11.2018, 15:38

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”

Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi
15.11.2018, 15:22

Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi

ARXİV