Modern.az

Ərdoğan: “Kandildə 35 PKK rəhbəri məhv edilib”

Ərdoğan: “Kandildə 35 PKK rəhbəri məhv edilib”

21 İyun 2018, 18:03

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Kandildə keçirilən hava əməliyyatında PKK-nın 35 rəhbərinin məhv edildiyini bəyan edib.

 

Modern.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Kahramanmaraşda çıxışı zamanı bildirib.

 

Bütün şəhidlərə rəhmət diləyən Türkiyə prezidenti PKK liderlərinin mühüm bir hissəsinin öldürüldüyünü bildirib.

 

Bu əməliyyata da fotoşop, montaj deyənlərə “Bunlara bir osmanlı şilləsi lazımdır”- deyə çıxış edib.

Kandil əməliyyatın 20 qırıcı ilə 10 mühüm hədəfə zərbələr endirilib. İkinci əməliyyatda PKK liderlərinin iclası keçirilən hədəfi vurulması ilə 35 qruplaşma rəhbərinin məhv edildiyi bildirilir.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı