Modern.az

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi

21 İyun 2018, 18:18

Azercell “Yaşa Azərbaycanım” Filateliya və uşaq  rəsm sərgisinə dəstək oldu

 

Modern.az xəbər verir ki, korporativ sosial məsuliyyət siyasətində uşaqlara qayğı və diqqətə böyük önəm verən Azercell Telekom bu dəfə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Azermarka, içərişəhərin  təşkilatçılığı ilə “Yaşa Azərbaycanım” adlı Filateliya və uşaq  rəsm sərgisinə öz töhfəsini verib.

 

 

Məlumat üçün bildirək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan 5-14 yaşlı uşaqlar arasında keçirilən  “Yaşa Azərbaycanım” adlı rəsm müsabiqəsinə ümumilikdə 93 rəsm əsəri təqdim olunub. Onların arasında vətənpərvərlik mövzusunda rəsmlər çoxluq təşkil edib. “Yaşa, Azərbaycanım!” adı altında müsabiqənin  keçirilməsində başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.

 

 

“Zəncirli mülk” sərgi qaleriyasında baş tutan sərgidə fərqlənən 12 nəfər  iştirakçıya Azercell Telekom tərəfindən xüsusi hədiyyələr təqdim edilib. Hədiyyələri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə təqdim edib.

 

Qeyd edək ki, Azercell şirkətinin Korporativ Sosial tədbirlərinin əksər qismi uşaqların gələcək inkişafına yönəlik layihələrdi. Uşaq hüquqlarının qorunması, müdafiəsi ilə bağlı həyata keçirdiyi layihələri ilə hər zaman seçilən şirkət bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı