Modern.az

Abşeronda piyadanı avtomobil vurub öldürdü

Abşeronda piyadanı avtomobil vurub öldürdü

21 İyun 2018, 18:49

Abşeron rayonunda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

 

Modern.az-ın"Report"a istinadən verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, təqribən, 45-50 yaşlarında kişi yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı aldığı xəsarətlərdən yerindəcə keçinib.

 

Hazırda onun kimliyi müəyyənləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?