Modern.az

“Araz” supermarketin işçisinin qətl səbəbi ...

“Araz” supermarketin işçisinin qətl səbəbi ...

21 İyun 2018, 20:01

“Araz” Supermarketlər Şəbəkəsi əməkdaşının qətli ilə bağlı məlumat yayıb.  Modern.az xəbər verir ki,  “Araz” Supermarketlər Şəbəkəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şirkət baş vermiş hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir: “İyunun 20-də Araz Supermarketlər Şəbəkəsinin Sabunçu rayonunu Maştağa qəsəbəsində yerləşən filialının işçiləri Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. İş saatından sonra baş vermiş hadisə nəticəsində Vüqar Hüseynzadə dünyasını dəyişib, Kənan Səlimov isə xəstəxanaya yerləşdirilib. Məlumat üçün bildirək ki, hadisəni törədən Surxay Əliyev Araz Supermarketlər Şəbəkəsinin əməkdaşı deyil. Qeyd edək ki, Araz Supermarketlər Şəbəkəsinin daxilində bəzi bölmələr icarə əsasında fəaliyyət göstərir. Şəbəkənin Maştağa filialında icarə müqaviləsi əsasında fəaliyyət göstərən dəniz məhsulları bölməsində çalışan Surxay Əliyev podratçı şirkətin əməkdaşıdır. Hadisənin hansı zəmində və nə səbəbdən baş verdiyi hələki məlum deyil. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq bölmələri tərəfindən araşdırma aparılır. Araz Supermarketlər Şəbəkəsi hadisə nəticəsində dünyasını dəyişmiş Vüqar Hüseynzadənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, xəsarət alan digər əməkdaşımız Kənan Səlimova isə şəfa diləyirik".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu