Modern.az

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO

21 İyun 2018, 20:59

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda “C” qrupunun sonuncu oyunu keçirilib. Modern.az xəbər verir ki, “Yekaterinburq Arena” stadionunda keçirilən oyunda meydana Fransa və Peru milliləri çıxıb.

Oyunda yeganə qolu oyunun 35-ci dəqiqəsində Fransa millisinin oyunçusu Mbappe vurub. Oyun elə Fransanın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. 

Bununla da iki ardıcıl oyunda uduzan Peru üçün dünya çempionatı başa çatıb.

 

Xatırladaq ki, Fransa ilk turda Avstraliya yığmasına qalib gəlib (2:1). Peru isə Danimarka millisinə minimal hesabla məğlub olub (1:0). Bu qrupda ikinci turun digər oyununda Danimarka yığması Avstraliya millisi ilə 1:1 hesablı heç-heçə edib.

 

Qeyd edək ki, 1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb. Dünya çempionu adını qazanan (1998) səkkiz komandadan biri olan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə çempionatların bürünc medallarına layiq görülüb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.

 

Dünya çempionatına 36 illik fasilədən sonra vəsiqə qazanan Peru yığması dünya çempionatlarında heç vaxt Fransa ilə qarşılaşmayıb. Peru millisinin dünya çempionatlarında ən yüksək göstəricisi iki dəfə dörddəbir final mərhələsinə yüksəlməsi olub (1970, 1978).

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir