Modern.az

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi

Aktual

21 İyun 2018, 23:57

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda “D” qrupunun sonuncu oyunu keçirilib. Modern.az xəbər verir ki, “Nijni Novqorod Arena”da keçirilən oyunda Argentina və Xorvatiya milli komandaları qarşılaşıb.

İlk hissə 0:0 hesabı ilə başa çatıb.  İkinci hissədə isə  xorvatlar  Argentinanın qapısını qol yağışına tutub. Oyunun 53-cü dəqiqəsində Ante Rebiç hesabı açıb. 81-ci dəqiqədə isə Luka Modriç  Argentinanı meydanın mərkəzinə dəvət edib. 90+1-ci dəqiqədə isə Rakitiç 3-cü qolu vurub. Argentinanı 3:0 hesabı ilə məğlub edən Xorvatiya xallarını 6-ya yüksəldərək 1/8 finala çıxıb.

 

Qeyd edək ki,  ilk turda Xorvatiya millisi Nigeriyanı 2:0 hesabı ilə məğlub edib. Argentina-İslandiya oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İndiyədək 4 dəfə qarşılaşan komandaların statistikasında üstünlük Argentina millisinə məxsusdur: 3 qələbə və 1 heç-heçə. İyirmi il əvvəl Fransada keçirilən dünya çempionatının qrup mərhələsində bu komandaların qarşılaşmasında Argentina millisi minimal hesabla qalib gəlib – 1:0. FIFA-nın reytinq cədvəlində Latın Amerikası təmsilçisi ilk beşliyi tamamlayır. Xorvatiya millisi isə 20-ci pillədə yer alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...