Modern.az

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib

22 İyun 2018, 00:29

2018-ci ilin yanvar-may ayında Azərbaycana idxal olunan avtomobillərin sayı 7294 ədəd olub. Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkəyə gətirilən avtomobillərin 37 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələridir.

 

Bundan başqa idxal olunan avtomobillərin 6464 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 743 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 50 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir