Modern.az

1 iyuldan idxal məhsulları risq əsaslı yoxlamadan keçiriləcək

1 iyuldan idxal məhsulları risq əsaslı yoxlamadan keçiriləcək

22 İyun 2018, 11:26

Emal olunmuş qida məhsulları ölkəyə gətirilərkən aparılan ekspertizanın nəticələrinə uyğun sertifikatlaşdırılacaq.

Bunu Modern.az-a Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.

O qeyd edib ki, iyulun 1-dən Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının hər partiyasının daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizaları aparılacaq və nəticəyə uyğun olaraq qida təhlükəsizliyi sertifikatı veriləcək.

 

Sertifikatın verilmə qaydasına gəlincə, M. Piriyev bildirib ki, sahibkarlardan sertifikatlaşdırılacaq məhsulun mənşə sənədi, alqı-satqı müqaviləsi, idxal ediləcək məhsula dair hesab-faktura (invoys) və idxal olunan məhsulun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənədlər tələb ediləcək.

Onun sözlərinə görə, burada əsas məqsəd idxal prosesində iştirak edən qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılması, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsulların ölkəyə idxalının təmin olunması və beləliklə ölkəmizdə sağlam qida mühitinin inkişaf etdirilməsindir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi