Modern.az

Milli Məclisin xanım deputatları yeni FOTOLARDA

Milli Məclisin xanım deputatları yeni FOTOLARDA

10 Sentyabr 2011, 02:43

Modern.az saytının məlumatına görə, “Azərbaycan qadını” jurnalı özünün növbəti buraxılışında Milli Məclisin xanım millət vəkilləri barədə xüsusi məqalələrlə çıxış edib. Jurnal eyni zamanda 20 xanım deputatın ən yeni fotoşəkillərini dərc edib. “Azərbaycan qadını” millət vəkillərini jurnal üçün xüsusi vəziyyətdə lentə alıb.

Modern.az saytı “Azərbaycan qadını” jurnalına istinadən xanım millət vəkillərinin ən yeni fotoşəkillərini və onlardan sitatları təqdim edir.

 

14 saylı Xəzər ikinci seçki dairəsi - Mehriban Əliyeva: "Mənim xüsusi olaraq sevdiyim rəng yoxdur".

 

84 saylı Füzuli seçki dairəsi - Bahar Muradova: "Mən bənövşəni çox sevirəm".

 

21 saylı Nəsimi birinci seçki dairəsi - Aytən Mustafayeva: "Gənclərimizin gələcəyi ziyalılardan asılıdır".

 

25 saylı Nizami ikinci seçki dairəsi - Sədaqət Vəliyeva: "Ən çox ağ rəngi sevirəm, o təmizliyin və sağlamlığın simvoludur".

 

30 saylı Suraxanı birinci seçki dairəsi - Sevinc Fətəliyeva: "Uşaqlıqda mən opera müğənnisi olmağı arzulayırdım".

 

34 saylı Xətai ikinci seçki dairəsi - Gülər Əhmədova: "Yaxşı şəkil çəkə bilirəm.., daş-qaşı çox sevirəm..".

 

41 saylı Sumqayıt birinci seçki dairəsi - Leyla Abdullayeva: "Mən qismətə inanıram.., səyahət etməyi xoşlayıram...".

 

50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi - Zeynəb Xanlarova: "Mən rəsmiliyi sevmirəm, hətta "Siz" deyə müraciət forması da xoşuma gəlmir".

 

71 saylı Masallı kənd seçki dairəsi - Elmira Axundova: "Mənim ən sevdiyim mahnı "Küçələrə su səpmişəm"dir".

 

92 saylı Zərdab-Ucar seçki dairəsi - Jalə Əliyeva: "Fortopiano çala bilirəm, amma rəqs etməyi daha çox xoşlayıram".

 

94 saylı Bərdə kənd seçki dairəsi - Gövhər Baxşəliyeva: "Kişilər güclü qadınlardan qorxmalı deyillər".

 

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi - Gülçöhrə Məmmədova: "Mən tez-tez rəngli yuxular görürəm". 

 

98 saylı Şəmkir şəhər seçki dairəsi - Sahibə Qafarova: "Heç vaxt öz yaşımı gizlətməmişəm".

 

 99 saylı Şəmkir kənd seçki dairəsi - Məlahət İbrahimqzı: "Göy qurşağının bütün rəngləri gözəldir".

 

103 saylı Gədəbəy seçki dairəsi - Sevinc Hüseynova: "Uşaqları elə böyütməliyik ki, onlar bizdən güclü olsunlar".

 

105 saylı Tovuz seçki dairəsi - Qənirə Paşayeva: "Həyat şahmat oyunu kimidir".

 

109 saylı Balakən seçki dairəsi - Rəbiyyət Aslanova: "Son beş ildə 11 min ərizəyə baxmalı olmuşam".

 

111 saylı Zaqatala - Balakən seçki dairəsi - Kamilə Əliyeva: "Dünya poeziyasız çox darıxdırıcı olar".

 

117 saylı Oğuz-Qəbələ seçki dairəsi - Aqiyə Naxçıvanlı: "Gəncliyimdə muğamı anlamırdım, amma indi saatlarla qulaq asıram".

 

122 saylı Xankəndi seçki dairəsi  - Flora Qasımova: "Elə bir qadın tanımıram ki, sülhə qarşı olsun".

 
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir