Modern.az

Britaniya səfirliyi Azərbaycan Ordusunun 100 illiyinə görə sərgi keçirəcək

Britaniya səfirliyi Azərbaycan Ordusunun 100 illiyinə görə sərgi keçirəcək

22 İyun 2018, 11:47

Britaniya Kral Hərbi Hava Qüvvələri və Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunmuş fotosərgi 29 iyunda tarixində, saat 19:00 -21:00 arasında “Qaleriya 1969” sərgi zalında təşkil olunacaq.

Bu haqda Modern.az-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Sərgi zalı Üzeyir Hacıbəyli, 69 ünvanında yerləşir.

Sərgidə ötən əsr və müasir dövrü əhatə edən fotolar nümayiş olunacaq.

Səfirlik bildirib ki, bu, Azərbaycan və Britaniya arasında inkişaf edən əlaqələrin, eyni zamanda sülh və stabilliyin dəstəklənməsinin bir göstərəcisi olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir