Modern.az

Ermənistanda daha bir mer istefa verdi

Ermənistanda daha bir mer istefa verdi

22 İyun 2018, 11:59

Ermənistanın Armavir şəhərinin meri Ruben Xlqatyan istefa verəcək.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Armavir əyalətinin qubernatoru Qaqik Miridjanyana bildirib.

 

Qubernatorun qəbulunda olan mer görüşün sonunda istefa ərizəsini təqdim edəcəyini bəyan edib.

Görüş zamanı son zamanlarda şəhərdə yaranmış vəziyyətlə yanaşı ölkədəki daxili siyasət də müzakirə olunub.

 

Qeyd edək ki, Armavir şəhər meri Ruben Xlqatyanın istefası bu gün Armavir ağsaqqallar şurası tərəfindən müzakirə olunacaq.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir