Modern.az

Deputat Dövlət Neft Şirkətinə 1 milyard manatın ayrılmasına ETİRAZ ETDİ  

Deputat Dövlət Neft Şirkətinə 1 milyard manatın ayrılmasına ETİRAZ ETDİ   

Aktual

22 İyun 2018, 12:10

“Son 4 ayın iqtisadi göstəricilərinə baxarkən, inkişafın baş verdiyi görünür. Müsbət saldo yaranıb, Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 1,2 faiz artıb və bunlar yaxşı nəticələrdir. Gəlirlərin kəskin azalması, neftin qiymətinin yüksək olması belə bir fikir oyadır ki, Azərbaycan hökumətində artıq arxayınçılıq yaranıb. Qeyri-neft sektorunun inkişafına, islahatların aparılmasına yer verilmir. Hesab edirəm ki, bu məsələ diqqət mərkəzində saxlanılmalıdır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, büdcənin xərc hissəsinə baxanda əsasən xərclər pensiya, əmək haqqı və s məsələlərə yönəldilib.

“Cənab prezidentə minnətdarlığımızı bildiririk ki, “qanpulu” ilə bağlı məsələyə 58 milyon manat pul ayırdı. Həmçinin, kənd təsərrüfatı sahəsi də diqqət mərkəzində olduğu üçün ora da 100 milyon manat vəsait ayrıldı. Amma dövlət büdcəsinə dəyişikliklərdə Dövlət Neft Şirkətinə 1 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da düzgün deyil.

Axı biz özümüz neft-qaz istehsal və ixrac edən ölkəyik. Amma kompensayaya üçün 1 milyard manat vəsitin ayrılması nəzərdə tutulur. Bunu heç cür anlamaq olmur”.

V.Əhmədov yerlərdə, bölgələrdə problemlərin yaşandığını və bu problemlərin həlli üçün maliyyə vəsaitinin ayrılmasının daha zəruri olduğunu bildirib.

“Biz milyardlarla pulları xərcləyirik. Amma insanlarla işləyənlər bizik. Çünki yerlərdə bizlər oluruq. İnsanlar bizim üstümüzə gəlir. Yerlərdə elə problemlər var ki, həmin insanlarımızı, həm də onların təmsilçiləri olaraq bizləri narahat edir. Ona görə də bu problemlərin həlii üçün maliyyə ayrılması daha düzgün olardı”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır