Modern.az

Bakıda “Erməni dosyası” təqdim olunacaq

Bakıda “Erməni dosyası” təqdim olunacaq

Mədəni̇yyət

10 Sentyabr 2011, 13:25

Sentyabrın 14-də “Kitab Klubu”Azərbaycanın dövlət müstəqilliliyinin yenidən bərpasının 20 illiyi ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində hazırda Türkiyənin Sakarya universitetində işləyən, bir neçə dərslik, elmi və elmi – publisistik kitabların müəllifi, müstəqillik mübarizəsinin fəal iştirakçısı olan riyaziyyatçı həmyerlimiz İsmixan Yusubovun “MBM” nəşriyyatında işıq üzü görmüş “Erməni Dosyası” kitabının təqdimatı keçiriləcək.

Modern.az xəbər verir ki, kitab əsasən “Qarabağ Tərəzisi”nin Azərbaycana aid gözünə “bir misqal ağırlıq” əlavə etmək və Qafqazda erməni ekspansionizminə qarşıqoymaq yolunda çalışanlara az da olsa yardım edə bilmək istəyindən yazılıb.

Kitabın  əsasını müəllifin 1990-cı ildə rus və Azərbaycan dillərində 30 min tirajla çap olunaraq keçmiş SSRİ-də və dünyanın bir çox ölkəsində yayılmış “Dosta Məktub” və 2002 – də çap olunmuş “Pismo Druqu – Postskriptum” əsərləri təşkil edir. Əvvəlki kitablar kiril əlifbası ilə nəşr edildiyindən, xüsusən indiki gənc nəslin diqqətindən kənarda qaldığı halda, latın qrafikası ilə nəşr olunmuş yeni kitab oxucu üçün daha faydalı olacaq. Bundan başqa, 1990 “Yanvar Qırğını”ndan sonra fövqəladə rejim şəraitində çap olunan “Dosta Məktub” kitabında ixtisara düşmüş parçalar yeni nəşrdə öz yerini alıb və “Postskriptum” əsəri ilk dəfə Azərbaycan dilində oxucuların mühakiməsinə verilib.

Kitabda həmçinin “20 Yanvar” faciəsi ilə bağlı müəllifin bəzi düşüncələri və “Erməni Məsələsi” ilə bağlı Türkiyədə keçirilən Milli və Beynəlxalq kongreslərdəki çıxışları da öz əksini tapıb. Bunlar “İmperatorluqlar siyasətində ‘Erməni Məsələsi’nin yeri: səbəblər və nəticələr” və “Erməni ekspansinizminə qarşıqoymada adekvatlıq üzərinə” başlıqları altında yer alıb. Son olaraq kitabda “Dosta Məktub” haqqında akademik Aslan Aslanov və AMEA – nın müxbir üzvü Tofiq Hacıyevin vaxtilə yazmış olduqları rəylər də ilk dəfə olaraq oxuculara təqdim olunur.


Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir