16 noyabr 2018, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - Zülfiyyə Eldarqızının yaradıcılığına iki KİTAB  
Zülfiyyə Eldarqızının yaradıcılığına iki KİTAB  
22.06.2018, 14:38

İyunun 20-də sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi, aktrisa Zülfiyyə Eldarqızının Xalq yazıçısı Anarın kino yaradıcılığına, kinodramaturgiyasına həsr etdiyi “Qəm pəncərəsinin o üzündə” (monoqrafiya) və əməkdar jurnalist Hikmət Xudiyevin (Cəmilzadənin) Z.Eldarqızının səhnə fəaliyyətindən, ömür yolundan bəhs edən “Bütün gözəlliyi Tanrım o sərvinaza verib” kitablarının təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) düzənlənən təqdimat mərasimi ömrünün 20 ilini səhnəyə, sənətə və pedaqoji fəaliyyətə bəxş edən Z.Eldarqızının yaradıcılığına verilən böyük bir töhfə sayıla bilər. “Qəm pəncərəsinin o üzündə” və “Bütün gözəlliyi Tanrım o sərvinaza verib” kitablarının təqdimat mərasimində respublikanın tanınmış elm, mədəniyyət xadimləri, ictimai-siyasi sferada tanınan şəxsiyyətlər, qələm adamları iştirak edib.

Filologiya elmləri doktoru, professor, tanınmış ədəbiyyatşünas Asif  Rüstəmli tədbiri açaraq bildirib ki, Z.Eldarqızını uzun illərdir tanıyır. 20 il eyni ali məktəbdə çalışdıqlarını deyən A.Rüstəmli qeyd edib ki, Z.Eldarqızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səviyyəli, savadlı, tələbkar müəllimlərindən biri olub. A.Rüstəmli vurğulayıb ki, hazırda Z.Eldarqızı pedaqoji fəaliyyətini davam etdirmir, o özünü çox yüksək səviyyədə səhnədə və bədii qiraət sənətində ifadə edir.


“İyunun 20-si gözəl pedaqoq, səhnə danışığının mahir bilicisi, ustadı Z.Eldarqızının doğum günüdür. Mən onun neçə yaşının olduğunu deməyəcəyəm, əsas odur ki, bu gözəl gündə Zülfiyyə xanım dünyaya gəlib. O, öz sənəti, öz istedadı, öz təfəkkürü və öz sənəti ilə bu dünyanı gözəlləşdirib. Bu gün (dünən) Zülfiyyə xanımın Xalq yazıçısı Anarın kinodramaturgiyasına həsr etdiyi “Qəm pəncərəsinin o üzündə” kitabının və əməkdar jurnalist Hikmət Cəmilzadənin Z.Eldarqızının səhnə fəaliyyətinə həsr etdiyi “Bütün gözəlliyi Tanrım o sərvinaza verib” kitablarının təqdimat mərasiminə yığışmışıq. Hikmət müəllimin Zülfiyyə xanıma həsr etdiyi kitabı kitab-albom da adlandırmaq olar. Bu kitabda Z.Eldarqızının səhnə fəaliyyətinin müxtəlif məqamları gözəl şəkildə öz əksini tapıb. Nəşrdə zəmanəmizin çox adlı-sanlı ziyalılarının, fikir adamlarının ürək sözləri də yer alıb.

Zülfiyyə xanım bu gün sənətin elə bir zirvəsindədir ki, biz onu ustad bədii qiraətçi kimi, gözəl sənətkar olaraq tanıyırıq. Uzun illər onunla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində eyni kafedrada çiyin-çiyinə işləmişik. Mən bu illər ərzində onu həm bir alim, həm müəllim, həm də bir səhnə adamı kimi yaxından müşahidə edə bilmişəm. Zülfiyyə xanım çox gözəl müəllim idi. O öz tələbələrini çox sevir, onlarla nəfəs alırdı. Zülfiyyə xanımın dərsinə hazırlıqlı gəlməyən tələbə özü utanırdı ki, niyə dərsə hazırlıqsız gəlib”.

Z.Eldarqızının gözəl alim, təfəkkür sahibi olduğunu vurğulayan A.Rüstəmli qeyd edib ki, bu özünü Anarın kino yaradıcılığına həsr etdiyi monoqrafiyada da göstərir. Z.Eldarqızının Anarın yaradıcılığına təsadüfən müraciət etmədiyini qeyd edən A.Rüstəmlinin sözlərinə görə, monoqrafiyada yazıçının kino yaradıcılığının əsas məqamlarının, “qəm pəncərə”sinin o üzündə, pərdə arxasında qalan məqamların araşdırlması, incələnməsi baxımından çox əhəmiyyətlidir.

Allahın Z.Eldarqızına bənzərsiz səs verdiyini və onun bu səsin gözəlliyi ilə ölməz bədii qiraət nümunələri təqdim etdiyini qeyd edən A.Rüstəmli bildirib ki, aktrisa yazıları yüksək istedadla, özünəməxsus ustalıqla təqdim edir.

Sonra A.Rüstəmli sözü “Qəm pəncərəsinin o üzündə” monoqrafiyasının elmi redaktoru, AMEA-nın akademik katibi, akademik Teymur Kərimliyə verib. Çıxışına Z.Eldarqızının doğum gününü təbrik etməklə başlayan T.Kərimli Z.Eldarqızı ilə yaradıcılıq əlaqələrindən məmnun olduğunu deyib: “Düz 18 il bundan öncə gənclik şəhəri Sumqayıtın 1 nömrəli doğum evində bir körpə öz iri ala gözlərini dünyaya heyrətlə açdı və bu heyrət indiyə qədər də davam edir, bizi heyrətləndirir, sevindirir. O, bu heyrəti səhnədə yaradır, qələmlə yaradır, bədii qiraətlə yaradır və bu gün o zirvədədir. Bu münasibətlə onu təbrik edirəm”.

T.Kərimli vurğulayıb ki, Z.Eldarqızı bir kinoşünas, aktrisa, bədii qiraətçi kimi öz fəaliyyətini davam etdirir və gördüyü işlərlə insanlara zövq verir. “Zülfiyyə xanım elə bir zəngin “baqaj”la Anar yaradıcılığında bizim görmədiyimiz detalları, məqamları üzə çıxarıb ki, bu tapıntılar ona da, bizə də zövq verir. Bizim görmədiyimiz detalları o bizə göstərir” - deyə T.Kərimli arzulayıb ki, bundan sonra da Z.Eldarqızı öz elmi və səhnə fəaliyyəti ilə onu izləyənləri sevindirsin.

T.Kərimlinin çıxışından sonra tədbirin rejissoru Kənan Musayevin Zülfiyyə Eldarqızının ifasında lentə aldığı klip təqdim edilib.

“Qəm pəncərəsinin o üzündə” kitabının rəyçilərindən biri olan professor Qulu Məhərrəmli də çıxışında Z.Eldarqızının yaradıcılığından ürəkdolusu danışıb.


“Bir yox, iki kitabın təqdimatı əslində fövqəladə bir hadisədir. Bir kitabı sən yazmısan, o birini isə sənin haqqında yazırlar. Amma bu kitabları birləşdirən bir cəhət var ki, onların hər ikisi eyni adamla bağlıdır. Zülfiyyə xanım illərdir  obyektivdədir, göz önündədir. Sən bu dünyaya göz açandan dərk edirsən, tədricən bu intellekti formalaşdırırsan, bir gün zaman gəlir həm də bildiklərini çatdırırsan. O, çoxşaxəli yaradıcılığa malikdir. Anar müəllim haqqında kitab yazmaq, onun kino yaradıcılığını tədqiq etmək elə də asan məsələ deyil, ancaq bunu müəllif bacarıb” - deyə Q.Məhərrəmli bildirib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Z.Eldarqızının müəllifi olduğu kitab AYB sədri və AYB aparatı tərəfindən yüksək qarşılanıb. R.Məcid vurğuladı ki, Z.Eldarqızı bu monoqrafiyanı 2008-ci ildə elmi iş kimi müdafiə edib. Onun Anarın kino yaradıcılığına özünəməxsus şəkildə yanaşdığını deyən R.Məcidin sözlərinə görə, Z.Eldarqızı səhnə fəaliyyəti ilə yanaşı, elmi və pedaqoji fəaliyyətini davam etdirməlidir. Z.Eldarqızının Azərbaycanı dəfələrlə xarici ölkələrdə, xüsusən də Türkiyədə təmsil etdiyini deyən R.Məcidin bildirdiyinə görə, aktrisa fəaliyyətinə görə TÜRKSOY-un da mükafatlarına layiq görülüb.

Tədbirdə çıxış edən tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə də Z.Eldarqızını çoxdan tanıdığını və elmi fəaliyyətinin şahidi olduğunu deyib. O, qeyd edib ki, Z.Eldarqızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində laborant kimi fəaliyyətə başlasa da, öz zəhmətkeşliyi sayəsində elmi və pedaqoji fəaliyyətlə də məşğul olub.


“Zülfiyyə xanım elmi-pedaqoji fəaliyyətə mənim gözlərim qarşısında  başlayıb. O, çox qoçaq, çalışqan, istedadlı bir insan kimi özünü göstərib. Məsuliyyəti, savadı ilə özünü kafedrada yüksək şəkildə təqdim edə bilib. Bir gün o mənə dedi ki, Anar müəllimin kino yaradıcılığı haqqında elmi iş götürmək istəyir. Mən də ona dedim ki, Anar müəllimin yaradıcılığı çox ağır və sanballıdır, sən ondan yazmağı bacaracaqsanmı, hazırsanmı bu işə? O mənə dedi ki, bu işin öhdəsindən layiqincə gələcək. Həqiqətən də söz verdiyi kimi də etdi. O, ortaya çox dəyərli bir əsər çıxardı. Çox təəssüf edirəm ki, Zülfiyyə xanım pedaqoji fəaliyyətdən tez ayrıldı, ancaq bu gün onun pedaqoq kimi işləməsinə böyük ehtiyac var” - deyə bildirən A.Kazımzadə vurğulayıb ki, Z.Eldarqızı incəsənət sahəsində uğurlar qazanıb və bundan sonra da qazanacaq.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də Z.Eldarqızını illər boyu tanıdığını və onun bir ziyalı, şəxsiyyət, alim, sənətkar kimi yüksək keyfiyyətlərə malik olduğunu vurğulayıb.

Təqdimat mərasimində, həmçinin, şair Vahid Əziz, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Z.Eldarqızının səhnə və sənət dostları çıxış edərək onu həm ad günü, həm də müəllifi olduğu və barəsində yazılan kitabların təqdim edilməsi münasibətilə təbrik ediblər.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əliyar Ağayev Millətlər Liqası oyununda - İlk dəfə
16.11.2018, 13:43

Əliyar Ağayev Millətlər Liqası oyununda - İlk dəfə

Tereza Mey istefaya göndərilə bilər
16.11.2018, 13:41

Tereza Mey istefaya göndərilə bilər

Naxçıvanda şərti düşmənə əks-zərbə endirildi - FOTOLAR
16.11.2018, 13:36

Naxçıvanda şərti düşmənə əks-zərbə endirildi - FOTOLAR

Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir   
16.11.2018, 13:09

Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir  

Sabahın havası: Yağış yağacaq
16.11.2018, 13:03

Sabahın havası: Yağış yağacaq

Gələn il daha 5 rayonda “ASAN xidmət” mərkəzi açılacaq - SİYAHI
16.11.2018, 13:03

Gələn il daha 5 rayonda “ASAN xidmət” mərkəzi açılacaq - SİYAHI

16.11.2018, 13:03

"Sədərək" Ticarət Mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB

Eldar Əzizov Bakının çətin problemlərini həll etməlidir - Deputatların yeni merdən gözləntiləri
16.11.2018, 12:55

Eldar Əzizov Bakının çətin problemlərini həll etməlidir - Deputatların yeni merdən gözləntiləri

Kaliforniyada yaşayan azərbaycanlılar toplaşdı - FOTO
16.11.2018, 12:51

Kaliforniyada yaşayan azərbaycanlılar toplaşdı - FOTO

Avtoxuliqanlar saxlanıldı
16.11.2018, 12:46

Avtoxuliqanlar saxlanıldı

Köçkünlərin pensiya stajı ilə bağlı problemi həll olundu
16.11.2018, 12:42

Köçkünlərin pensiya stajı ilə bağlı problemi həll olundu

Prezident Azərbaycan gənclərinə təbrik ünvanladı
16.11.2018, 12:34

Prezident Azərbaycan gənclərinə təbrik ünvanladı

Azərbaycan gəncləri fəallaşır – Nazirdən AÇIQLAMA
16.11.2018, 12:28

Azərbaycan gəncləri fəallaşır – Nazirdən AÇIQLAMA

Pensiya yaşına çatanlara SMS gələcək
16.11.2018, 12:27

Pensiya yaşına çatanlara SMS gələcək

Azərbaycanda bahalaşma - RƏSMİ 
16.11.2018, 12:15

Azərbaycanda bahalaşma - RƏSMİ 

Vergilər Nazirliyinin səlahiyyətləri artırılır 
16.11.2018, 12:02

Vergilər Nazirliyinin səlahiyyətləri artırılır 

Bakı Metropoliteni işçi axtarır
16.11.2018, 11:59

Bakı Metropoliteni işçi axtarır

Ramiz Rzayev hakim çatışmazlığından GİLEYLƏNDİ
16.11.2018, 11:58

Ramiz Rzayev hakim çatışmazlığından GİLEYLƏNDİ

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi ləğv olunur 
16.11.2018, 11:54

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi ləğv olunur 

Nazirlik 100 min ağac əkəcək
16.11.2018, 11:48

Nazirlik 100 min ağac əkəcək

Erməni cinayətləri ilə bağlı elektron kitab dərc olundu
16.11.2018, 11:40

Erməni cinayətləri ilə bağlı elektron kitab dərc olundu

Moskvadan SİQNAL: “Azərbaycan istəsə... Ermənistan buna mane ola bilməyəcək”
16.11.2018, 11:31

Moskvadan SİQNAL: “Azərbaycan istəsə... Ermənistan buna mane ola bilməyəcək”

İmişlidə “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO
16.11.2018, 11:26

İmişlidə “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO

“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir
16.11.2018, 11:23

“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir

Göyçayda 500 kq at əti aşkarlandı
16.11.2018, 11:11

Göyçayda 500 kq at əti aşkarlandı

ABŞ Prokurorluğu Assanca qarşı yeni ittihamlar irəli sürdü
16.11.2018, 11:11

ABŞ Prokurorluğu Assanca qarşı yeni ittihamlar irəli sürdü

10 yaşlı Qol.az-ın redaktoru: “Bizim üçün gecə ilə gündüzün fərqi itib” - MÜSAHİBƏ   
16.11.2018, 11:10

10 yaşlı Qol.az-ın redaktoru: “Bizim üçün gecə ilə gündüzün fərqi itib” - MÜSAHİBƏ  

BANM-da MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir
16.11.2018, 10:43

BANM-da MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir

Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA  
16.11.2018, 10:37

Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA  

Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək
16.11.2018, 10:36

Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək

İdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYE
16.11.2018, 10:26

İdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYE

BirBank tətbiqini 300 000-dən artıq istifadəçi yükləyib
16.11.2018, 10:23

BirBank tətbiqini 300 000-dən artıq istifadəçi yükləyib

Ötən günün “yol terroru” - 3 qəza, 1 ölü, 3 yaralı
16.11.2018, 10:18

Ötən günün “yol terroru” - 3 qəza, 1 ölü, 3 yaralı

Azərbaycanda ilkin əlillik 61,3 faiz azalıb
16.11.2018, 10:13

Azərbaycanda ilkin əlillik 61,3 faiz azalıb

Dəhşətli yanğında 63 nəfər öldü, 630 nəfər itkin düşdü
16.11.2018, 10:02

Dəhşətli yanğında 63 nəfər öldü, 630 nəfər itkin düşdü

İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018, 09:58

İsrail Azərbaycana yeni səfir təyin etdi

16.11.2018, 09:52

"Sovetski"dəki güclü yanğınla bağlı FHN məlumat yaydı

Azərbaycan məktəblərində payız tətili başladı
16.11.2018, 09:48

Azərbaycan məktəblərində payız tətili başladı

Yeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıb
16.11.2018, 09:35

Yeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıb

Ermənistan cəbhədə təxribat törətdi
16.11.2018, 09:27

Ermənistan cəbhədə təxribat törətdi

Bu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİR
16.11.2018, 08:55

Bu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİR

Bu gün Millətlər Liqasında daha 7 oyun - TƏQVİM   
16.11.2018, 08:41

Bu gün Millətlər Liqasında daha 7 oyun - TƏQVİM  

Millətlər Liqasında 9 oyun keçirildi - NƏTİCƏLƏR   
16.11.2018, 08:25

Millətlər Liqasında 9 oyun keçirildi - NƏTİCƏLƏR  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
16.11.2018, 08:21

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

7 BMT sülhməramlısı öldürüldü
16.11.2018, 00:46

7 BMT sülhməramlısı öldürüldü

Nazir vergi dəyişikliklərinin detallarını açıqladı
16.11.2018, 00:28

Nazir vergi dəyişikliklərinin detallarını açıqladı

Səfir Meksika şəhəri ilə Bərdənin qardaşlaşmasını təklif edir
16.11.2018, 00:09

Səfir Meksika şəhəri ilə Bərdənin qardaşlaşmasını təklif edir

Öldürülən Rusiya səfirinin istintaqı tamamlandı
15.11.2018, 23:56

Öldürülən Rusiya səfirinin istintaqı tamamlandı

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.11.2018, 23:38

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov
15.11.2018, 23:10

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov

ARXİV