Modern.az

Mətbuat katibi Dünya Çempionatı ilə bağlı müsabiqədə qalib oldu

Mətbuat katibi Dünya Çempionatı ilə bağlı müsabiqədə qalib oldu

22 İyun 2018, 14:48

İctimai TV və “Norm Sement” şirkətinin futbol üzrə Dünya Çempionatı ilə bağlı  Facebook-da keçirdiyi birgə viktorinasının növbəti qalibi jurnalist həmkarımız olub.

Modern.az-ın məlumatına görə, qalib Bakı Şəhəri üzrə Təhsil idarəsinin mətbuat katibi Bəşarət Məmmədovdur.


Qeyd edək ki, Dünya Çempionatının İctimai TV-də yayımlanan oyunu zamanı aparıcı tərəfindən səslənən suala “Norm Sement”in Facebook səhifəsinə ilk düzgün cavab yazan şəxs idman mağazalarına 300 AZN dəyərində kupon qazanır

Bəşarət Məmmədov da Argentina-Xorvatiya oyununun gedişində səslənən suala düzgün cavab verib.

Bəşarət Məmmədov Modern.az-a açıqlamasında təəssüratlarını belə bölüşüb:


“Oğlum Cabir bu il 8-ci sinfi bitirib. Oğlumun həvəsi və istəyi ilə çempionat başlayan gündən yarışmaya qatılmışdıq. Hər gün suallara cavab göndərirdik.  Amma orada elə sürətli operativlik vardı ki, cavab məsələsində gecikirdik. Dünən isə ilk cavab yazanlardan olduq. Adı dəqiq yazdığımız üçün qalib olduq. Onu da deyim ki, məlumatın tapılmasında Cabirin dəstəyi olub. İctimai TV və  “Norm Sement”in birgə layihəsi olan yarışmada  suala düzgün  cavab verəcəyimizə əvvəldən inamımız var idi. Bir daha qalib olaraq bunun əyani şəkildə təsirini gördük. Belə deyək də, bir məktəblinin çevikliyi və həvəsi sayəsində qalib ola bildik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı