Modern.az

Azərbaycanda əfqan şəhidlərin məzarları dağıldı

Azərbaycanda əfqan şəhidlərin məzarları dağıldı

22 İyun 2018, 15:03

Qarabağ müharibəsində şəhid olan Əfqanıstan könüllülərinin Xırdalan qəbiristanlığındakı məzarları dağılıb.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, qəbirlərin dağıldığını əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Görüntülərdən məlum olur ki, Qarabağ müharibəsində vuruşmaq üçün Azərbaycana gələn və döyüşlərdə şəhid olan bir qrup Əfqanıstan vətəndaşının Xırdalan qəbiristanlığındakı məzarları baxımsız vəziyyətdədir, məzarların bir neçəsinin başdaşı aşıb və sınıb.

 

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, yayılan görüntülər əsasında hadisə yerinə baxış keçirilib.

 

Müəyyən edilib ki, həmin ərazidə baxımsız vəziyyətdə olan bir neçə məzar daşı aşıb.

 

Faktla bağlı aidiyyəti qurumlara müraciət edilib.

 

Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov bildirib ki, məzarlar baxımsızlıqdan bərbad vəziyyətə düşüb.

 

Sədr əfqan şəhidlərinin məzarlarının abadlaşdırılması üçün bələdiyyə tərəfindən lazımı tədbirlər görüləcəyini deyib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir