26 sentyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - Düşmənin məğlubiyyəti - Günnüt əməliyyatı - Qızılqayadan Arpa kəndi görünür - REPORTAJ  
Düşmənin məğlubiyyəti - Günnüt əməliyyatı - Qızılqayadan Arpa kəndi görünür - REPORTAJ   +
22.06.2018, 16:13

Şərur-Sədərək istiqamətində yola çıxanlar yol kənarında yeni vurulmuş bir istiqamət bildirən lövhə görəcəklər. Bu işğaldan yenicə azad olunmuş Günnüt kəndinə gedən yolu göstərən lövhədir. Düz 26 il bu yol qəlbimizdən keçib. Bugünsə qəlbimiz qürur hissi ilə dolub.

Bu ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilərək dövlət sərhəddi boyunca əlverişli hədlər ələ keçirilib.

Rayon mərkəzindən 22 km məsafədə yerləşən kənd 1992-ci ildə erməni işğalçıları tərəfindən tamamilə dağıdılıb və əhalisi Mahmudkəndə köçüb. Magistraldan ayrılıb maşınlarla yeni salınmış yolla Günnütə doğru hərəkət edirik. Yolun sağ və solunda  çobanlar öz sürülərini arxayınlıqla düzənliklərə və dağların yamaclarına yayıblar. Ərazilərə yeni gətirilmiş arı yeşikləri də diqqətimizi çəkir. Artıq 26 ildən sonra burada başlanan həyatın nəfəsi duyulur, yaz fəslində çiçəklərin ətri duyulan kimi. Təxminən bir ay əvvəl əsgərlərimizin xidmət etdiyi yüksəkliklərdə qurduğu postları geridə qoyaraq irəliləyirik. Düşmən tapdağından təmizlənmiş Günnütə və əsgərlərimizin mövqe qurduğu yeni postlara çatmağa tələsirik.

Yolboyu texnikalar işləyir, işğaldan azad edilən yüksəkliklərə yollar çəkilir. Düşmənin bir neçə addımlığında həyata keçirilən bu işlər, necə deyərlər, elə düşmən bağrı çatladandır. Bunu həzm edə bilməyən düşmən texnikaya atəş açmaqla susdurmağa, dayandırmağa, işə mane olmağa çalışır. Lakin nə faydası?! Traktor açılan atəşlərdən zədələnsə də, “döyüş tapşırığını” yerinə yetirir və məqsədinə çatmaq üçün irəliyə doğru hərəkət edir, geniş  yol açır. Gecə-gündüz aparılan işin nəticəsi olaraq qısa zamanda ərazinin  etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədi ilə 50 km-dən artıq yol çəkilib, 60 km-dən artıq yararsız yollar bərpa edilib.

Yeni qurulan postlardan birinə çatırıq. Qısa vaxtda əsgərlərin yaşayışı və xidməti üçün burada lazımi şərait yaradılıb. Ərzaq təminatları da yüksək səviyyədədir. Əsgərlərlə görüşürük. Hərəsi bir qəhrəmandır. 26 ildən sonra düşmənin ayağını bu torpaqlardan kəsmək şərəfi onlara nəsib olub.

Ərazidəki postlardan birinə “Qurtuluş” adı verilib. Nə gözəl! Qalib əsgərlərlə birgə Günnütdə bayrağımızı dalğalandırır, qələbə sevincimizi bölüşür və bu anı fotoda əbədiləşdiririk.


Kənddəki məzarlığa baş çəkirik. Daşı daş üstdə qoymayan ermənilər qəbirlərin bir çoxunu dağıtsa da, tamamilə məhv edə bilməyib. Axı düşmən cəhd göstərsə belə gerçək tarixi gizləyə bilməz. Torpağın ən dərin qatlarından gec-tez o tarix baş qaldırar və həqiqəti söylər: Bu ərazilər azərbaycanlılara məxsusdur və onların əzəli ata-baba ocağıdır. Biz öz torpaqlarımızdayıq. Niyə təlaş edirsiniz? Nədir bu narahatlıq? Bizi kəndin ərazisində görüb bir neçə dəfə atəş açırlar. Sizcə bu atəş səsləri bizim qəlbimizdəki torpaq həsrətini, yurd sevgisini susdura bilərmi? Nədən qorxmalı, nədən geri çəkilməliyik? Açın, tarixi bir vərəqləyin. Kimsiniz siz? Hardan gəlib harada məskunlaşmısınız? Bizə atəş açdığınız və mövqe qurduğunuz ərazilər sanki sizin torpaqlarmı? Mənfur niyyətlərinizdən əl çəkib vaxt tapanda xəritələrə baxın. Bilin ki, dayandığınız mövqelər, məskunlaşdığınız hazırkı ərazilər belə azərbaycanlıların əzəli ata-baba torpaqlarıdır. Bizim işimiz haqq işidir və bu yolda geri çəkilmək yox, yalnız irəli!

Düşmənlə üz-üzə postlardan biri əsgər Adil Tatarovun şəhid olduğu postdur və bu gün o posta “Tatar postu”adı verilib, vətən oğlunun şərəfinə. Qabaq postlarda, Ermənistanın dövlət sərhəddində arada qorxa-qorxa başını qaldıran düşmən əvvəlki mövqelərimizə geri çəkilməyimizi gözləyir. Nahaq. Dağlarda öz sinəsini sipər edən dağ kimi oğullar təzədən geri çəkilərmi?


İrəli, oğullar, Vətən eşqinə!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində yaradılan şəraitlə, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu və Naxçıvanda ordu quruculuğu istiqamətində görülən işləri yüksək qiymətləndirdi: “Biz son illər ərzində  Azərbaycan ordusunu yüksək dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın, demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda uğurlu əks-hücum əməliyyatı keçirə bilər”.

Ali Baş Komandanın bu açıqlamasından sonra işğalçı Ermənistan çox çəkmədi ki, Əlahiddə Ümumqoşun Ordunun Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə döyüş atışlı   taktiki təlimlərini izləməli oldu. Şərur-Sədərək istiqamətində növbəti təxribata əl atdı. Görünür, bununla deyilənləri təkzib etmək və öz gücünü göstərmək istəyirdi. Lakin aldığı cavab gözlənilməz oldu. Bir səhər gözünü açdı ki, ən mühüm strateji yüksəkliklərdə Azərbaycan əsgəri mövqelənib. Hərtərəfli düşünülmüş və dəqiqliklə planlaşdırılmış tədbirlərin həyata keçirilməsi ilə bölmələrimiz ilkin mövqelərdən 3-6 kilometr dərinliyə irəliləyərək daha əlverişli mövqelərdə möhkəmləndi, Günnüt kəndi ətrafındakı yüksəklikləri Qızılqaya dağı və Qaraqaya dağlarında yeni mövqeləri ələ keçirdi. Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarətə götürüldü. Həm də itkisiz. Günnüt əməliyyatı son illərdə həyata keçirilən ən uğurlu hərbi əməliyyat kimi tarixdə öz yerini alacaqdır.

Əsgərlərimizin nəzarətinə keçən ərazi o qədər genişdir ki, onu bir günə gəzib qurtara bilmirik.  Növbəti gün yolumuzu düşməndən azad edilən digər ərazilərdən salırıq. Ümumilikdə 11 min hektar ərazi olmaqla sağ cinahda Ağsal dağı-Qaraqaya dağı istiqamətində 459, mərkəzdə Danzik-Qızılqaya dağı istiqamətində  1089, sol cinahda Ardıc dağı-Kömürlü dağı istiqamətində 1184 hektar ərazi bölmələrimizin nəzarətinə keçib. Sağ cinahda 1242, mərkəzdə 2291, sol cinahda 3107 və Qarağac-Həsənqulubağ dağı istiqamətində 1200 hektar ərazinin təhlükəsiz istifadəsi təmin edilib. Ələ keçirilən ərazilərin 8 min hektardan artığı kənd təsərrüfatı, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı sahələrdir.


Sədərəyə məxsus şərab zavodu illərdir ki, düşmənin nəzarəti altında idi. Bu gün o zavodun qapıları sökülən girişindən içəri keçib erməni vəhşiliyinin izlərinə şahidlik edirik. Artıq ərazi əsgərlərimizin nəzarətindədir. Şərab zavodu və onun ətrafına ermənilər yüzlərlə  mina basdırıblar. Hazırda ərazidə minatəmizləmə işləri həyata keçirilir və tam yararsız vəziyyətə salınan şərab zavodu tullantılardan təmizlənir.

Qeyd edək ki, bu zavod ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və Şərur-Sədərək bölgəsinin iqtisadi həyatında mühüm yer tutub.

Zavodun yerləşdiyi geniş sahə, bir neçə addımlıqda yerləşən ermənilərin məskunlaşdıqları Arazdəyən və Armaş kəndləri, eləcə də Qarabağa gedən yol ordumuzun tam nəzarətinə keçib.

Bölmələrimizin təhlükəsiz hərəkətini və fəaliyyətini təmin etmək məqsədilə qeyd olunan ərazilərdə mina-axtarış işləri aparılıb, 1600-dən çox müxtəlif növ minalar aşkar edilərək zərərsizləşdirilib, ələ keçirilən yeni mövqeləri möhkəmlətmək məqsədilə mühəndis-istehkam işləri görülüb.

Sədərək istiqamətində yerləşən belə mövqelərdən birindəyik. Bir neçə addımlıqda ermənilərin şərti olaraq “Qırmızıdam” adlandırılan postu aydın görünür. Bizim çəkiliş heyətini görüncə narahatlıqlarını ifadə edən səsləri ucalır.

Qısa zamanda dayaq məntəqələrinin bir neçə kilometrlərlə önə çəkilməsi, düşmənin illərdir möhkəmlənmiş əraziləri tərk etmək məcburiyyətində buraxılması təbii ki qarşı tərəfdə ciddi mənada təşviş yaradıb.


Növbəti gün yolumuz dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqayayadır. O Qızılqaya ki, yalnız sıldırımlı yollarla ora yetişmək olar. O Qızılqaya ki, zirvəsinə qalxmaqüçün quşqonmaz  yollardan keçməlisən. Enişli-yoxuşlu dağ yollarını qızmar günəşin altında qət etmək üçün gücü ana torpaqdan alacaqsan. Dizlərinə təpər, qollarına qüvvət gələcək 9 kilometr yolu gedib qayıtmaq üçün. Qızılqayanın strateji əhəmiyyəti İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu ilə və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun bir hissəsinin Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük deməkdir. İrəvandan ermənilər üçün ən həyati vacib istiqamətlərə aparanbu yolun mühüm bir hissəsi bu gün Azərbaycan əsgəri tərəfindən daim vizual müşahidə edilir və atəş vasitələrinin birbaşa zərbəsi altına düşüb.

Qızılqayadan Qərbi Azərbaycan torpaqları, o cümlədən ermənilərin adını dəyişərək Areni qoyduqları Arpa kəndi görünür. Eləcə də ermənilərin bu istiqamətdə yerləşən postları ordumuzun nəzarətindədir. Uzun illərdir burda mövqe quran və əl içi kimi görünən erməni postlarının şəraitsizliyindən isə bəhs etməyə dəyməz.

Qızılqayaya bayrağımızı sancan Azərbaycan əsgəri Vətən torpaqlarının keşiyində sədaqətlə dayanıb. Bir də bu torpaqlara düşmən ayağı dəyməsin deyə. Biz gecə-gündüz rahat uyuyaq, çalışaq  deyə qızmar günəşin altında sayıqlığını itirməyərək düşmənlə üzbəüz mövqedə məğrurcasına dayanıb. Onların hərəsi bir qəhrəmandır. Ən yüksək zirvədə qərar tutan Azərbaycan əsgərinin hər biri bir zirvədir. Pillə-pillə, qarış-qarış, gecəsini gündüzünə qataraq Qızılqayanı fəth edən Azərbaycan əsgərinin bu qayalarda sinəsini sipər edərək düşmənə sədd çəkməsi may zəfərinə kölgə salmağa cəhd edən ermənilərə və ermənipərəst qüvvələrə layiqli bir cavabdır. Bu zirvədən düşmənin taxıl sahələri və üzüm bağları görünür. Areni kənd əhalisinin bir narahatçılığı da ordumuz zirvədə qərar tutandan sonra artıq bu əkin sahələrindən istifadə edə bilməyəcəyini düşünməsi idi. Lakin Azərbaycan ordusunun gücü Tanrının verdiyi nə bu nemətlərə qarşı yönəlib, nə də mülki əhaliyə.

Bir qədər aşağıda ağır texnikalar dağların bağrını yararaq,  parçalayaraq  Qızılqayaya yol açır. Texnikanın səsi uzun illərin sükutunu pozub. Hər kəs yorulmadan, inamla   çalışır. Hər daşı, hər qayası qızıldan da qiymətli olan Qızılqaya fatehlərinə uğurlar arzulayıb axşamüstü geri qayıdırıq. Gördüklərimizi, müşahidə etdiklərimizi, əziz oxucu, səninlə paylaşmaq üçün.


Günnüt əməliyyatı kimləri və niyə narahat edir?

İctimaiyyəti çaşdırmağa, növbəti yalanları ilə sakitləşdirməyə çalışan Ermənistan rəhbərliyi heç bir şəkildə Günnüt zəfərini həzm edə bilmir. Təbiidir. Bu gün Günnütü itirən, Qızılqayanı əldən verən düşmən sabah bu məğlubiyyətlə Kərkidə də qarşılaşacağını bilir. Günnütün və 11 min hektar ərazinin işğaldan azad olunması xəbəri ilk dəfə veriləndə işğalçı dövlət Naxçıvan mətbuatının dezinformasiya yaydığını deyərək çaşqınlıq yaratmağa cəhd göstərdi. Bu düşmən tərəfindən gözlənilən addım idi. Bu gün Günnütdə oturan Azərbaycan əsgəri istisna deyil ki, sabah Kərkidə oturacaq, eləcə də digər işğal olunmuş ərazilərdə. Bu reallığı və Azərbaycan ordusunun gücünü yaxşı bilən işğalçı ölkənin Müdafiə Nazirliyi bununla əlaqədar olaraq məlumat yayıb ki, Azərbaycan tərəfinin bütün hərəkətləri Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Vəziyyətlə yerində tanış olmaq üçün Müdafiə Nazirliyinin  təşəbbüsü ilə həftə içində bir sıra erməni siyasi və ictimai xadimləri həmin bölgəyə gedib. Orada onlar Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının döyüş növbətçiliyinin aparılmasını və qarşı tərəfin mövqelərini müşahidə edib. Amma iyunun 8-də Naxçıvan televiziyasının və Azərbaycanın digər informasiya vasitələrinin yaydığı dezinformasiyaya görə Ermənistan-Naxçıvan təmas xəttində olan bölgədə Azərbaycan Silahlı Qüvvələri 11 min hektar ərazi azad edib. Ermənistan Silahlı Qüvvələri geri çəkilib və Günnüt yaşayış məntəqəsi Azərbaycanın nəzarəti altına keçib.



Sözüm Ovannisyanadır

Reallığı ört-basdır eləməyə çalışan Ermənistan Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Oovhannisyanın müşayəti ilə iyunun 10-da bir neçə jurnalist, ekspert və blogger həmin istiqamətdə ön xətdə olub.  Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannesyan iddia edir ki, guya ermənilər “humanistlik” göstərərək, Azərbaycan tərəfinin müraciətinə əsasən insanların doğmalarının qəbirlərini ziyarət etmək üçün Günnütə girməyə  imkan yaradıblar. Əvvəla “humanizm” və “erməni” sözləri bir-birinə tamamilə ziddir. İkinci tərəfdən,  əgər günnütlülər məzarları ziyarət üçün gəlmişdilərsə, onda ermənistanlı jurnalistlərin yazdığı kimi prosesi niyə yalnız  Naxçıvan televiziyasının əməkdaşları çəkdilər? Ermənilərin bu imkanı olsaydı çoxdan özlərini “humanist” kimi göstərmək üçün bu kadrları çəkib dünyaya yaymışdılar. Necə oldu ki Qızılqayanın zirvəsində jurnalistlər tam sərbəst şəkildə Azərbaycan bayrağını dalğalandırdılar? Harda idi sənin əsgərin? Mən deyim, bir qədər aşağıda, Qızılqayanın ətəyində, Azərbaycan əsgərinin tam nəzarətində idi erməni hərbiçiləri.

Bu günlərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Günnnüt kəndinin işğaldan azad edilməsinə dair hazırlanan videomaterialı öz səhifəsində yerləşdirdi və geniş izləyici auditoriyasına təqdim etdi.

Erməni KİV-ləri tərəfindən yayılan dezinformasiyalara cavab olaraq təqdim edilən videoda Azərbaycan Ordusunun erməni işğalçılarından kəndi azad etməsi, Sədərək istiqamətində irəliləyişlər, şərab zavodu və ona yaxın ərazilərin nəzarət altına alınması faktlarla izah olunur.
Buna qədər, Ermənistan tərəfi istər müdafiə naziri, istərsə də digər səlahiyyətli şəxslər səviyyəsində Azərbaycan Ordusunun öz ərazilərində irəliləməsini və mühəndis işləri aparmasını qeyd edirdi.
Azərbaycan Müdafiə naziri Zakir Həsənovun Günnüt zəfəri barədə açıqlaması, strateji olaraq azad edilən bölgələrdən Laçın koridoruna nəzarət edilməsini vurğulaması yuxuya verilmiş Ermənistan cəmiyyətini silkələdi. Nəticədə Ermənistan Müdafiə nazirliyi, mətbuat katibi Arsrun Ovannisyanın dili ilə mülki sakinləri təhdid edən ifadələr səsləndirdi: “Yeganə reallıq ondan ibarətdir ki, 25 ildir təhlükəsiz şəraitdə olan Azərbaycan tərəfinin təsərrüfat işçiləri və çobanları bundan sonra təhlükə qarşısındadırlar”.

Arsrun Ovannisyan, sən hansı təhlükədən danışırsan? Kimin torpağında kimi təhdid edirsən? Qarşı tərəfdə durub müşahidə apardığın mövqe, üzərində dayandığın torpaq belə millətinə məxsus deyil. Qızılqayadan baxdıqda uzanan dağ silsiləsi boyunca geniş ərazilər Azərbaycana məxsus qədim Dərələyəz mahalıdır. Bunu təsdiqləyən tarix var, xəritələr var. Dərələyəz Naxçıvan xanlığının ən qədim və zəngin mahallarından biri olub. Arpa, Ortakənd, Başkənd, Gülüdüzü, Canı, Əmoğlu, Ələyəz və digər kəndlər-ümumilikdə, 78 kənd Azərbaycan türklərinin məskunlaşdıqları ərazilər olub. Hansı ki, sənin babaların 1918-ci ildə Şərurun Yaycı kəndindəki məğlubiyyətinin acısını Dərələyəz mahalının Əmoğlu kəndindən alıb, soyqırım aktı törədib. Sonradan gəlib məskunlaşaraq Arpanı-Areni, Göytürkü-Getap, Həsənkəndi-Satin, Əyarı-Aqarakadzor, Başkəndi-Varnaşen, Yengicəni-Qandzak, Ortakəndi-Qladzor, Gülüdüzünü-Vardohovit, Qızılgülü-Arates kimi dəyişdirməklə deyilki! O torpaqların hansı dərinliyinə getsən, ordan Azərbaycan tarixi baş qaldıracaqdır. Ovannisyan və digər “yan”lar isə  başlarını heç qaldırmasınlar. Çünki bu dəfə sizə heç xeyir etməz. Bir dəfə başınızı qaldırdınız, Lələtəpəni itirdiniz, ikincidə Qızılqayanı uduzdunuz, üçüncü sizin üçün daha ağır olacaq. Gerçəklərlə barışın. Azərbaycan 1990-cı illərin böhranını çoxdan adlayıb. Qarşınızdakı isə 90-cı illərin pərakəndə deyil, tam silahlanmış qüdrətli Azərbaycan Ordusudur. O ordu ki, bu dəfə də sənin layiqli cavabını verdi və ordunu mənəvi-psixoloji zərbə altına saldı.

Yazını çapa hazırlayarkən bəzi saytlarımızın erməni KİV-lərinə istinadən verdiyi xəbər diqqətimi cəlb etdi. Ovannisyan etiraf edir: “Azərbaycan Ordusunun Naxçıvandakı irəliləyişləri doğrudur”.

“Azərbaycan Müdafiə Nazirliyinin yaydığı 30 dəqiqəlik videogörüntüdə iddia edilir ki, Azərbaycan ordusu hücuma keçərək Günnüt kəndini, çılpaq gözlə Arpa (Areni) kəndi və kəndin infrastruktur tikililərini müşahidə altında saxlamağa imkan verən bir sıra əhəmiyyətli yüksəklikləri və mövqeləri azad edib.
Videogörüntüyə əsasən, Azərbaycan ordusu yeni azad edilmiş mövqelərə doğru aparan ümumi hesabla 50 km uzunluğunda yeni yollar inşa edib”, – deyə Ovannisyan qeyd edib.

Nəhayət düşmən də anladı ki, yalan nə qədər ayaq tutsa, yeriməz.

Qaldı ki Günnüt zəfərini qəbul edə bilməyən, düşmən dəyirmanına su tökənlərə. Sosial şəbəkələrdə bu məsələ xeyli müzakirə obyektinə çevrildi. O qayaları, o səngərləri özünə məskən seçən əsgərlər-igidlər səni, məni, bizi-bu vətəni qoruyur, məğrurcasına, şərəflə. Əsgərin alın təri, ürəyinin hərarəti, qolunun gücü, əzmi ilə alınıb o torpaqlar! O əzmin, o iradənin, o Vətən sevgisinin qarşısında baş əyirəm! Azərbaycanlı adını daşıyan hər kəs qürur duysun və bilsin ki biz artıq qələbəyə gedən yoldayıq. Bu yolda addımlamağa bizə cığır açan, meydan verən Azərbaycan Ordusuna eşq olsun!



Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Hakan Karagöz
22.06.2018, 16:51

helal gardaşlarımıza...Allah işgal altında mazlum Azerbaycan şehirlerinin kurtulduğu günleri de bize nasip etsin. Yetr bu üç buçuk kıçı kırık Ermeni nin büyük Türk milletine yaşattığı zulme..YETER...İMKAN VERSİNLER BİZDE GARDAŞLARIMIZA KÖMEĞE gelelim

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan prezidenti türkmənistanlı həmkarını təbrik edib
26.09.2018, 18:53

Azərbaycan prezidenti türkmənistanlı həmkarını təbrik edib

Amerika KİV-ləri: Korrupsiya Ermənistandan ABŞ-a keçir
26.09.2018, 18:45

Amerika KİV-ləri: Korrupsiya Ermənistandan ABŞ-a keçir

“Azərkosmos”la Fransa Kosmik Tədqiqatlar Mərkəzi arasında saziş təsdiqləndi
26.09.2018, 18:36

“Azərkosmos”la Fransa Kosmik Tədqiqatlar Mərkəzi arasında saziş təsdiqləndi

Qızılağac Milli Parkı yaradılır
26.09.2018, 18:31

Qızılağac Milli Parkı yaradılır

Prezident Gəncəyə 10 milyon manat ayırdı
26.09.2018, 18:22

Prezident Gəncəyə 10 milyon manat ayırdı

Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri başa çatıb
26.09.2018, 18:16

Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri başa çatıb

YAP Lerik rayon təşkilatının yaranmasının 25-ci ildönümü qeyd olunub - FOTO
26.09.2018, 18:10

YAP Lerik rayon təşkilatının yaranmasının 25-ci ildönümü qeyd olunub - FOTO

Prezident Mədət Quliyevlə bağlı sərəncam VERDİ
26.09.2018, 18:05

Prezident Mədət Quliyevlə bağlı sərəncam VERDİ

Əflatun Amaşov beynəlxalq konfransda danışıb
26.09.2018, 18:01

Əflatun Amaşov beynəlxalq konfransda danışıb

Prezident rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramını təsdiqləyib
26.09.2018, 17:58

Prezident rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramını təsdiqləyib

Putin Ermənistana səfərini təxirə saldı
26.09.2018, 17:52

Putin Ermənistana səfərini təxirə saldı

İtaliya Prezidenti Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verdi
26.09.2018, 17:47

İtaliya Prezidenti Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verdi

Komitə sədri səfirlə görüşdü - FOTO
26.09.2018, 17:47

Komitə sədri səfirlə görüşdü - FOTO

Tramp Maduro ilə görüşməyə hazırdır
26.09.2018, 17:44

Tramp Maduro ilə görüşməyə hazırdır

Bakcell “Karyerada ilk addım” məşğulluq tədbirinə qoşuldu
26.09.2018, 17:42

Bakcell “Karyerada ilk addım” məşğulluq tədbirinə qoşuldu

Nazirlik yanında İctimai Şura TOPLANDI: Əlillərlə bağlı bu çatışmazlıqlar qabardıldı
26.09.2018, 17:36

Nazirlik yanında İctimai Şura TOPLANDI: Əlillərlə bağlı bu çatışmazlıqlar qabardıldı

Deputatlar Moldovaya gediblər
26.09.2018, 17:33

Deputatlar Moldovaya gediblər

Prezident cüdo üzrə dünya çempionatının yarışlarını izləyir
26.09.2018, 17:26

Prezident cüdo üzrə dünya çempionatının yarışlarını izləyir

Manatın sabahkı MƏZƏNNƏSİ
26.09.2018, 17:21

Manatın sabahkı MƏZƏNNƏSİ

Dağıstanın keçmiş rəhbərinin qardaşı tutuldu
26.09.2018, 17:16

Dağıstanın keçmiş rəhbərinin qardaşı tutuldu

Mehriban Əliyeva Vatikanda Müqəddəs Sebastian katakombalarının açılışında - FOTO
26.09.2018, 17:10

Mehriban Əliyeva Vatikanda Müqəddəs Sebastian katakombalarının açılışında - FOTO

Bu ölkədə 5 ildə 400 min insan öldürülüb 
26.09.2018, 17:07

Bu ölkədə 5 ildə 400 min insan öldürülüb 

Tibb eksperti Azərbaycanın baş onkoloquna etiraz etdi
26.09.2018, 17:06

Tibb eksperti Azərbaycanın baş onkoloquna etiraz etdi

Agentlik jurnalistlər üçün 2 müsabiqə elan etdi
26.09.2018, 16:46

Agentlik jurnalistlər üçün 2 müsabiqə elan etdi

Azərbaycan Tərcümə Mərkəzinin Elmi Şurası ilk toplantısını keçirib
26.09.2018, 16:41

Azərbaycan Tərcümə Mərkəzinin Elmi Şurası ilk toplantısını keçirib

Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb - FOTO
26.09.2018, 16:35

Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb - FOTO

Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək
26.09.2018, 16:30

Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək

Hesablama Palatası Sahibkarlığa Kömək Milli Fondunu yoxladı
26.09.2018, 16:29

Hesablama Palatası Sahibkarlığa Kömək Milli Fondunu yoxladı

Hillari Klintonla şam yeməyi üçün 5400 dollar ödəniləcək
26.09.2018, 16:29

Hillari Klintonla şam yeməyi üçün 5400 dollar ödəniləcək

“Azərbaycanın Birinci vitse-prezidentinin İtaliya səfəri əlaqələrimizə əlavə təkan olacaq” - Deputat
26.09.2018, 16:28

Azərbaycanın Birinci vitse-prezidentinin İtaliya səfəri əlaqələrimizə əlavə təkan olacaq” - Deputat

ADU-da italyan dilində “Xilaskar Ömrü” sənədli filmi nümayiş olundu
26.09.2018, 16:23

ADU-da italyan dilində “Xilaskar Ömrü” sənədli filmi nümayiş olundu

Putinin Azərbaycana səfər proqramı AÇIQLANDI
26.09.2018, 16:21

Putinin Azərbaycana səfər proqramı AÇIQLANDI

Bakı Meriyası “Qarabağ  mitinqi”nə İCAZƏ VERDİ
26.09.2018, 16:16

Bakı Meriyası “Qarabağ  mitinqi”nə İCAZƏ VERDİ

Səfirliyin ərazisində qumarxana fəaliyyət göstərib?
26.09.2018, 16:10

Səfirliyin ərazisində qumarxana fəaliyyət göstərib?

Deputatlar Oqtay Şirəliyevin qızının təyinatına SEVİNİRLƏR   
26.09.2018, 16:06

Deputatlar Oqtay Şirəliyevin qızının təyinatına SEVİNİRLƏR  

Vilayət Quliyevin Topçubaşovla bağlı kitabı çıxdı
26.09.2018, 16:04

Vilayət Quliyevin Topçubaşovla bağlı kitabı çıxdı

Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə ölü basdıranlar cərimələnəcəklər   
26.09.2018, 16:03

Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə ölü basdıranlar cərimələnəcəklər  

BDU-da Həsən Abdullayevin xatirə barelyefi açılıb - FOTO
26.09.2018, 15:45

BDU-da Həsən Abdullayevin xatirə barelyefi açılıb - FOTO

Məktəblər arasında idman növləri üzrə respublika çempionatı keçiriləcək - FOTO
26.09.2018, 15:39

Məktəblər arasında idman növləri üzrə respublika çempionatı keçiriləcək - FOTO

Azərbaycanda hamı o sürücünü axtarır - FOTO   
26.09.2018, 15:32

Azərbaycanda hamı o sürücünü axtarır - FOTO  

Bakıda məktəblərin həyətində şagirdlərə qarşı əxlaqsızlıq edən şəxs yaxalandı - FOTO
26.09.2018, 15:27

Bakıda məktəblərin həyətində şagirdlərə qarşı əxlaqsızlıq edən şəxs yaxalandı - FOTO

Bolton İranı sərt hədələdi
26.09.2018, 15:21

Bolton İranı sərt hədələdi

Mehriban Əliyeva Roma Papası ilə görüşdü 
26.09.2018, 15:20

Mehriban Əliyeva Roma Papası ilə görüşdü 

“Qanımızı axıdan namussuzun cəzasını...” - Sevil Nuriyeva Etimaddan YAZDI  
26.09.2018, 14:58

“Qanımızı axıdan namussuzun cəzasını...” - Sevil Nuriyeva Etimaddan YAZDI  

“Paşinyan Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb”
26.09.2018, 14:49

“Paşinyan Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb

Qəbiristanlıqlarda sanitar normaları pozanlar cərimələnəcək   
26.09.2018, 14:43

Qəbiristanlıqlarda sanitar normaları pozanlar cərimələnəcək  

Ağcabədidə konsert keçirildi
26.09.2018, 14:43

Ağcabədidə konsert keçirildi

Fransalı müsəlmanlarının düşməni xəstəxanaya düşdü
26.09.2018, 14:29

Fransalı müsəlmanlarının düşməni xəstəxanaya düşdü

Azərbaycanda broyler toyuqlarını rəbgləyib “kənd toyuğu” kimi satanlar həbs edildilər
26.09.2018, 14:27

Azərbaycanda broyler toyuqlarını rəbgləyib “kənd toyuğu” kimi satanlar həbs edildilər

Bakıdakı universitetdə ölüm hadisəsi - tələbə dünyasını dəyişdi
26.09.2018, 14:27

Bakıdakı universitetdə ölüm hadisəsi - tələbə dünyasını dəyişdi

ARXİV