26 sentyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Müəllimlər müəllimi - Asif Cahangirov
Müəllimlər müəllimi - Asif Cahangirov
22.06.2018, 17:52

Antik yunan mütəfəkkiri Diogen bir dəfə günorta vaxtı əlində yanan çıraqla küçələri dolaşarkən, ətrafdakıların təəcüb və sual dolu baxışlarına cavab olaraq “Əsl insan axtarıram”, - deyir. Bu yazıda biz, məhz antik yunan mütəfəkkirinin axtardığı əsl insanlardan biri - cəmiyyətə xüsusi təqdimata ehtiyacı olmayan, daxilən zəngin, nəcib, xeyirxah, mərd şəxsiyyət və ləyaqətli ailə başçısı kimi tanınan insanlardan biri - maarif fədaisi Asif Cahangirov haqqında söhbət açacağıq.

Xalqın zəngin mənəviyyatını, əxlaqını parlaq şəxsiyyətlərində ehtiva edən, ləyaqət və şərəf hissinin yetərli qədər qoruyub saxlayan nurlu simalarımızdan biri olan, müdriklik zirvəsinə yüksələn dəyərli insan - ömrünü bütövlükdə gələcək nəslin maariflənməsinə həsr etmiş Asif müəllim haqqında bu yazını onun 70 illik yubileyi ərəfəsində ərsəyə gətirdik, mənalı ömrünə işıq salmağı qarşımıza məqsəd qoyduq.

...Ölkəmizdə təhsil sisteminə dəyərli töhfələr vermiş Asif müəllimi tanımaq xoşbəxtliyi mənə hələ uşaqlıq illərindən nəsib olub. 150-yə qədər ailənin yaşadığı 3 binanı birləşdirən Xankəndindəki məhəlləmizdə - Atarbekov küçəsi 68 ünvanlı binada yeganə azərbaycanlı qonşumuz Asif müəllimgilin ailəsi idi. Xankəndində ən nümunəvi ailələrdən biri kimi - Asifin, Vaqifin və Azərin tərbiyə aldığı bu ailəyə hətta ermənilər də qibtə edirdi. Qayğıkeş, xeyirxah qonşu kimi bu gün də xatirələrdə xoş duyğularla xatırlanan bu ailədə maarifçilik ideyaları hökm sürürdü.

Qarabağda tanınmış Cahangirbəyovlar şəcərəsinin nümayəndəsi Baxış müəllimin və kəramətli bir seyid ocağının övladı Rəna xınımın başçılıq etdiyi bu ailədə təhsilə böyük maraq və diqqət var idi. Təbii ki, üç qardaşın əla qiymətlərlə təhsil almalarına atalarının - uzun illər Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, təhsil sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsinin Maarif Şöbəsi müdirinin müavini olmuş Baxış müəllimin təsiri az deyildi...

Asif Cahangirov 1948-ci ildə Xankəndində anadan olub, 1955-ci ildə bu şəhərdə birinci sinifə gedib. 1965-ci ildə ailəsi Sumqayıt şəhərinə köçdüyündən təhsilini bu şəhərdəki 13 №-li orta məktəbdə davam etdirib. 1966-cı ildə həmin məktəbi qızıl medalla bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin - indiki Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1971-ci ildə ali təhsilini bitirərək kimyaçı, kimya müəllimi ixtisaslarına yiyələnib. Xaçmaz rayonunun Yergüc kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. Əmək fəaliyyətini 1972-1975-ci illərdə Sumqayıt şəhərinin 18 və 22 №-li məktəblərində müəllim, 1975-1976-cı illərdə isə 17 №-li məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi davam etdirib. 1976-1980-ci illərdə isə Sumqayıt Şəhər Maarif Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Peşəsinin vurğunu olan müəllim və kamil şəxsiyyət kimi tanınan, hər şeydən əvvəl, yüksək ixtisas biliyi, səriştəsi, işlədiyi və rəhbərlik etdiyi sahədə nüfuzu, təcrübəsi olan Asif Cahangirov 1980-ci ildə Azərbaycan Respublikasının Maarif Nazirliyinə məsul vəzifələrə irəli çəkilib. O əvvəl nazirliyin Əmək təlimi və peşəyönümü şöbəsinə, 1983-1985-ci illərdə isə Baş Məktəblər İdarəsinə rəhbərlik edib.

Asif Cahangirova 1985-ci ildə Bakı Şəhər Baş Təhsil İdarəsinə rəhbərlik etmək həvalə olunub. 1985-2005-ci illərdə Bakı Şəhər Baş Təhsil İdarəsin rəisi vəzifəsində Asif Cahangirov güclü təhsil strateqi kimi pedaqoji fəaliyyətin bütün sahələrində öz dəsti-xətti, səyi və təşəbbüskarlığı ilə diqqəti cəlb edib. O, yüksək pedaqoji etika və mədənilik, düzlük, şəffaflıq, ədalət, səmimiyyət nümayiş etdirərək cəmiyyətdə təhsilə qarşı fərqli və xoş fikir formalaşdırmağa nail olub. Təhsildə demokratikləşmənin, humanistləşmənin, aşkarlığın, şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənin, tabeçilikdə olanlara diqqət və qayğının, müəllimə, onun nüfuzuna yanaşma tərzinin kamilləşməsi istiqamətində inamlı və konkret nəticələri olan addımlar atıb.

Azərbaycan Respublikası Prezidentinin “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya” barədə sərəncamına uyğun olaraq, işçi qrupunun tərkibində həmin strategiyanın hazırlanmasında fəal iştirak edən Asif Cahangirovun təhsil problemləri ilə əlaqədar qəzet və jurnallarda 150-dən artıq məqalələri, müsahibələri, konfranslardakı çıxışları dərc olunub.

17 ölkəyə məqsədli təlim səfərləri zamanı keçirilmiş treninqlər, seminarlar prosesində təhsilin bütün sahələri üzrə beynəlxalq təcrübəni yerində mənimsəyən, 40-dan çox ölkənin təhsil sistemini ətraflı öyrənərək ölkə və regional səviyyədə məktəbəqədər, ümumi orta, peşə-ixtisas, əlavə (məktəbdənkənar, ixtisasartırma) təhsilin təşkili və idarəolunması, təhsilin strategiyası, səmərəliliyi və keyfiyyətin idarəolunması, tədris-təlim prosesləri, kurrikulum, dərslik, muəllim hazırlığı, təhsilin maliyyələşdirilməsi və infrastrukturu, təhsildə fundamental və tətbiqi araşdırmalar, təhsil sistemində monitorinq, qiymətləndirmə və hesabatvermə sahələri üzrə müasir biliklər və zəngin təcrübə əldə edən Asif Cahangirov peşakar təhsil mütəxəssisi kimi bir çox ölkələrin təhsil sahəsində qanunvericilik bazasının təhlilini apararaq 1991-2005-ci illərdə təhsil sahəsində Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarının, əsasnamələrin, Dünya Bankının təhsil islahatları layihələrinin və onları müşaiyət edən sənədlərin hazırlanmasında fəal iştirak edib. Həmin illərdə Asif müəllim məcburi köçkün və qaçqın müəllimlərin problemlərinin həll olunması işinə yüksək vətənpərvərlik hissləri ilə diqqət və qayğısını da əsirgəməyib.

Asif Cahangirov Bakı Şəhər Baş Təhsil İdarəsinə rəhbərlik etdiyi illərdə Azərbaycan Hökuməti və Dünya Bankı arasında imzalanmış kredit sazişi əsasında Təhsil İslahatı Layihəsi üzrə Layihənin İdarəetmə (Koordinasiya) qrupunun direktoru, 2005-2010-cu illərdə Azərbaycan Beynəlxalq Bankının İnsan resursları departamenti direktorunun müavini, 2010-2015-ci illərdə isə Azərbaycan Respublikası Mərkəzi Bankının İnkişaf departamentinin direktoru vəzifələrini də icra edib. Menecment sahəsində 40 ilə yaxın iş təcrübəsi, müasir idarəetmə üzrə mükəmməl bilikləri olan Asif Cahangirov bu məsul vəzifələrdə ölkəmizin təhsil sisteminə idarəetmənin demokratikləşdirilməsi və əksmərkəzləşdirilməsi, səlahiyyətlərin bölüşdürülməsi, əmək fəaliyyətinin qiymətləndirilməsi istiqamətlərində həyata keçirilən işlərə dəyərli töhfələrini verib.

Asif Cahangirov hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi, İnkişaf departamentinin direktoru vəzifəsində əmək fəaliyyətini davam etdirir. O, harada olmasına, hansı vəzifədə çalışmasına baxmayaraq, daim peşəkar mütəxəssis kimi fəaliyyət göstərməsi, sadəliyi, haqqı üstün tutmağı bacarmağı, təmkini ilə fərqlənib. Sadə həyat tərzi sürməyi ilə həmişə cəmiyyətə və insanlara nümunə olub. Böyük kollektivlərə rəhbərlik etdiyi dövrlərdə qarşılıqlı anlaşma, rahat işgüzar mühit yaratmaq üçün Asif cahangirov bütün mümkün vasitələrdən istifadə edib. Və bütün bunlara görə də ona rəhbər kimi yox, daha çox qayğıkeş insan, səmimi dost, düzgün yol göstərən bir müdrik kimi yanaşıblar.

Asif Cahangirovun xidmətləri daim yüksək qiymətləndirilib. O, bir sıra mükafatlarla yanaşı Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı 18 mart 2000-ci il tarixli sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 noyabr 2017 -ci il tarixli fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Asif Cahangirov olduqca həssas, qayğıkeş və həm də tələbkar ailə başçısıdır. O, ömür-gün yoldaşı – Azərbaycanın tanınmış ziyalılarından biri olan, zamanında sovetlər birliyinin ən yüksək mükafatları,  “Lenin”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri ilə təltif olunan Abdulla Qədirovun qızı Rəna xanımla birgə Azərbaycan cəmiyyətinə üç dəyərli vətəndaş, Zöhrə, Nigar və Rövşən kimi övladlar böyüdüb tərbiyə ediblər. 

...70 yaş insan ömrü üçün bütün mənalarda böyük göstəricidir və bu yaş müdrikliyin, aqilliyin zirvəsini fəth etmək üçün yetərlidir. Sözsüz ki, əgər yaşanmış illər hədər və mənasız ötüşməyibsə...

Bu baxımdan 70 illik yubileyini qeyd edən Asif Cahangirovun ömür yolları çoxlarına nümunə ola bilər. Arxaya çevrilib bu yollara nəzər salanda, həyatının mənasını zəhmətdə, halallıqda, cəmiyyət üçün dəyərli vətəndaş olmaqda görən və bu gün də ölkəmizin inkişafı üçün yorulmadan öz töhfələrini verən Asif Cahangirovun həyatı, fəaliyyəti böyük bir örnəkdir.



Hikmət Xudiyev (Cəmilzadə),
tarix üzrə fələəfə doktoru, əməkdar jurnalist,
daxili xidmət polkovniki 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Almaniya gərginliyin artmasından narahatdır
26.09.2018, 00:56

Almaniya gərginliyin artmasından narahatdır

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü
26.09.2018, 00:43

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları
26.09.2018, 00:27

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları

Tramp 2 ildə ABŞ-a 10 trilyon dollar qazandırıb
26.09.2018, 00:15

Tramp 2 ildə ABŞ-a 10 trilyon dollar qazandırıb

Azərbaycan nefti bahalaşıb
25.09.2018, 23:56

Azərbaycan nefti bahalaşıb

Abramoviç “Çelsi”nı satır
25.09.2018, 23:42

Abramoviç “Çelsi”nı satır

Nəsib Nəbioğlunun kitabının təqdimatı keçiriləcək
25.09.2018, 23:33

Nəsib Nəbioğlunun kitabının təqdimatı keçiriləcək

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTOLAR
25.09.2018, 23:18

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTOLAR

Prezidentin xanımına qarşı da sanksiya tətbiq edildi
25.09.2018, 23:01

Prezidentin xanımına qarşı da sanksiya tətbiq edildi

İnsan dərisinə bənzər həsas elektron dəri yaradıldı
25.09.2018, 22:44

İnsan dərisinə bənzər həsas elektron dəri yaradıldı

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR   
25.09.2018, 22:34

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR  

Azərbaycan “Tufan” zirehli maşınını sərgidə nümayiş etdirib - FOTO
25.09.2018, 22:23

Azərbaycan “Tufan” zirehli maşınını sərgidə nümayiş etdirib - FOTO

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb
25.09.2018, 22:14

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...
25.09.2018, 22:06

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib
25.09.2018, 21:59

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi
25.09.2018, 21:43

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi

Ərdoğanın ifadəsi tvitter trendləri siyasında ilk sırada - FOTO
25.09.2018, 21:25

Ərdoğanın ifadəsi tvitter trendləri siyasında ilk sırada - FOTO

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur
25.09.2018, 21:11

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək
25.09.2018, 20:55

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək

“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ciddi maneədir”- Sahibə Qafarova
25.09.2018, 20:43

“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ciddi maneədir”- Sahibə Qafarova

Azərbaycanlı əsgərlərə gürcü dili öyrədilir
25.09.2018, 20:30

Azərbaycanlı əsgərlərə gürcü dili öyrədilir

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü
25.09.2018, 20:16

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü

Nazirlər cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə etdi
25.09.2018, 20:03

Nazirlər cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə etdi

“Maşın” şou yenidən başlayır - Vaxt açıqlandı
25.09.2018, 19:59

“Maşın” şou yenidən başlayır - Vaxt açıqlandı

“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satılıb
25.09.2018, 19:34

“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satılıb

Mərkəzi Bankın rəhbəri istefa VERDİ - FOTO
25.09.2018, 19:25

Mərkəzi Bankın rəhbəri istefa VERDİ - FOTO

Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI - VİDEO
25.09.2018, 19:16

Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI - VİDEO

Bakıda məktəblinin ölüm səbəbi açıqlandı
25.09.2018, 19:08

Bakıda məktəblinin ölüm səbəbi açıqlandı

Sabah bu ərazilərdə qaz olmayacaq
25.09.2018, 19:00

Sabah bu ərazilərdə qaz olmayacaq

25.09.2018, 18:50

"Baku Bus"un avtobusu alovlandı: Sürücü sərnişinlərin həyatını belə xilas etdi -VİDEO

Onlar dünya çempionu oldular - Bakıda
25.09.2018, 18:40

Onlar dünya çempionu oldular - Bakıda

Gömrük Komitəsi daxili orqanları yoxlamaq üçün avadanlıq alır
25.09.2018, 18:32

Gömrük Komitəsi daxili orqanları yoxlamaq üçün avadanlıq alır

Azərbaycan mediasından dünyaya örnək layihə
25.09.2018, 18:20

Azərbaycan mediasından dünyaya örnək layihə

İki nazirlik anlaşdı - FOTO
25.09.2018, 18:14

İki nazirlik anlaşdı - FOTO

İbrahim Məmmədov efirə qayıtdı - VİDEO
25.09.2018, 18:05

İbrahim Məmmədov efirə qayıtdı - VİDEO

Azərbaycan XİN: “Ermənistanın bu təxribatçı addımı ağır fəsadlara yol aça bilər”   
25.09.2018, 18:01

Azərbaycan XİN: “Ermənistanın bu təxribatçı addımı ağır fəsadlara yol aça bilər”  

Burnunda sancaqla oynadı və özünü bəlaya saldı - FOTO
25.09.2018, 17:54

Burnunda sancaqla oynadı və özünü bəlaya saldı - FOTO

“Bakcell”dən maraqlı aksiya və onlayn müsabiqə:DaimOnline
25.09.2018, 17:45

“Bakcell”dən maraqlı aksiya və onlayn müsabiqə:DaimOnline

İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrini qəbul edib - FOTO
25.09.2018, 17:38

İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrini qəbul edib - FOTO

Azərbaycan ABŞ-la birgə hərbi təlimlərə qatılacaq
25.09.2018, 17:36

Azərbaycan ABŞ-la birgə hərbi təlimlərə qatılacaq

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
25.09.2018, 17:26

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bakının bu məktəbində müəllimlər işləmək istəmir – Direktor səbəbini AÇIQLADI
25.09.2018, 17:25

Bakının bu məktəbində müəllimlər işləmək istəmir – Direktor səbəbini AÇIQLADI

2019-cu il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim olundu   
25.09.2018, 17:21

2019-cu il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim olundu  

Etnik toqquşmalara görə 1200 nəfər saxlanılıb
25.09.2018, 17:19

Etnik toqquşmalara görə 1200 nəfər saxlanılıb

Zakir Həsənov İranın müdafiə nazirinin müavini ilə görüşüb
25.09.2018, 17:12

Zakir Həsənov İranın müdafiə nazirinin müavini ilə görüşüb

Azərbaycan yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək
25.09.2018, 17:05

Azərbaycan yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək

Monqolustan Prezidenti Heydər Əliyev Mərkəzində olub
25.09.2018, 17:00

Monqolustan Prezidenti Heydər Əliyev Mərkəzində olub

Bu marşrut xətləri müsabiqəyə çıxarıldı
25.09.2018, 16:56

Bu marşrut xətləri müsabiqəyə çıxarıldı

Qətərin nüfuzlu qəzeti Qarabağ separatçıları barədə xəbərdarlıq yayıb   
25.09.2018, 16:48

Qətərin nüfuzlu qəzeti Qarabağ separatçıları barədə xəbərdarlıq yayıb  

İsrail ordusuna İranla bağlı əmr verildi
25.09.2018, 16:41

İsrail ordusuna İranla bağlı əmr verildi

ARXİV