Modern.az

Beynəlxalq layihədə “İrəli” gəncləri  

Beynəlxalq layihədə “İrəli” gəncləri  

22 İyun 2018, 17:55

Youth for exchange and understanding(YEU) təşkilatının “Brave new youth” layihəsinin 2-ci mərhələsi başlayıb. Layihənin əsas məqsədi gəncləri cəmiyyətdə mövcud olan stereotiplərlə bağlı, gənclərlə işləyən şəxsləri nifrət nitqi və onun arxasında duran səbəblər haqqında məlumatlandırmaq, gənclər arasında birliyi gücləndirməkdir.

 

Modern.az xəbər verir ki, layihə 3 mərhələdən ibarətdir. Birinci mərhələdə 20-27 aprel tarixlərində Črnomelj şəhəri, Slovenia səfərləri baş tutub. Bu mərhələ hazırlıq mərhələsi sayılıb. Layihənin ikinci mərhələsi 21 iyun-1 iyul tarixlərində Portuqaliyanın Alcoutim qəsəbəsi və Armona adasında keçirilir. Birinci mərhələ olan hazırlıq mərhələsində iştirak edən gənclər 2-ci mərhələdə komanda rəhbəri olaraq iştirak edirlər.  

 

Layihənin 1-ci mərhələsində “İrəli” gənci Tubu Əliyeva iştirak edib. O, Bakıya qayıtdıqdan sonra təlim keçib, təlimlərə cəlb olunan gənclərdən 4 nəfər gənc üzv seçilib. Seçilən gənclər layihənin 2-ci mərhələsində beynəlxalq platformada iştirak haqqı qazanıblar. 10 gün davam edəcək layihədə iştirakçılar “İrəli” İctimai Birliyi adından Azərbaycanı təmsil edəcəklər.

 

Qeyd edək ki, layihənin son mərhələsi olan 3-cü mərhələnin sentyabr ayında, İspaniyada baş tutacağı planlaşdırılıb və bu mərhələdə yekun qiymətləndirmə olacaqdır. Layihə müddətində müxtəlif mövzulu videoçarxlar hazırlanır. Ümumilikdə 10-dan çox ölkənin 60-dan çox gənc iştirak edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər