Modern.az

“QHT Şurası unikal bir qurumdur”  

“QHT Şurası unikal bir qurumdur”   

Mədəni̇yyət

22 İyun 2018, 18:12

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının faəliyyətə başlamasından 10 il ötür.  Şura ötən 10 ildə vətəndaş cəmiyyətinin inkişafına hansı töhfələr verib?

QHT-lərə Dövlət Dəstəyi Şurasının İdarə Heyətinin üzvü Sahib Məmmədov bu haqda Modern.az-a danışıb.
O, xatırladıb ki, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının yaranması haqqında sənəd ölkə başçısı tərəfindən 2007-ci ilin dekabrında imzalanıb.

 

“Amma Şuranın tərkibinə ilk seçkilər 2008-ci ildə keçirilib və prezident aprel ayında qurumun ilk tərkibini təsdiqləyib. Bununla da Şura fəaliyyətə başlayıb. 10 il ərzində Şuranın rəhbərliyinə 3 dəfə seçki keçirilib, tərkibi 3 dəfə yenilənib. QHT Şurası Azərbaycanın ilk milli donorudur. Ondan sonra Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Gənclər Fondu, Elm Fondu və digər təşkilatlar yaranıb. Bəzi icra hakimiyyəti orqanları qrantlar verməyə başlayıb. Amma Azərbaycanın ilk milli donor kimi tarixə düşən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olub.
Şura yalnız QHT-lərə maliyyə yardımı etmir, eyni zamanda onların fəaliyyətinin digər istiqamətində məsləhət verir, metodiki xidmət, texniki dəstək göstərir, onların bilik və bacarıqlarını artıran tədbirlər həyata keçirir. QHT Şurası Azərbaycan QHT-ləri ilə dövlət arasında bir körpü rolunu oynayır. Eyni zamanda, QHT-lərlə bağlı siyasətin müəyyənənləşməsində də öz rolunu oynayır. Bu baxımdan o sadəcə bir fond deyil, stasusuna görə daha böyükdür. Bu Şuranı idarə edənlərin 8 nəfəri vətəndaş cəmiyyətinin nümayəndəsi, 3 nəfəri isə Prezident Adminstrasiyasının, Ədliyyə Nazirliyinin, Maliyyə Nazirliyinin əməkdaşıdır. QHT Şurası unikal bir qurumdur”. 

 

S.Məmmədov qeyd edib ki, Şura yarananda beynəlxalq təcrübədən istifadə olunub.

 

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılanda Şərqi Avropada və dünyanın digər yerlərində olan fondların ən yaxşı modelləri mənimsənilib. Təsadüfü deyil ki, bizim bu model dünyanın bir çox  ölkələrində öyrənilir. Çünki burada əsas qərar qəbul edən şəxslər vətəndaş cəmiyyətinin nümayəndələridir. Ona görə də mən hesab edirəm ki, bu 10 il boş yerə getməyib. Azərbaycanda çox yaxşı donorluq institutu formalaşıb və 10 ildə özünü doğruldub”.
 

S.Məmmədovun sözlərinə görə, əvvəllər bəzi vətəndaş cəmiyyəti institutları xarici mənbələrdən maliyyələşirdi, indi isə xarici mənbələrdən yalnız gizli maliyyələşmə var.


“Bunun bir neçə səbəbi var, birincisi odur ki, Azərbaycanın iqtisadi inkişafına görə bir çox donorlar Azərbaycanı tərk etdi. Məsələn, Soros Fondu 2011-ci ildə özü könüllü olaraq Azərbaycandan getdi. Son illərdə qrantların qeydiyyatı ilə bağlı bəzi tənzimləmələr keçirildi və qeyri-şəffaf donorlar açıq əməkdaşlıqdan çəkindilər. Çünki onların fəaliyyəti şəffaf deyildi. Nəzarət gücləndirildikdən sonra onlar qeyri-leqal maliyyələşməyə keçdilər. Ona görə Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarından hansılar ki, kirli pullarla işləmir, onlar leqal fəaliyyət göstərir. Təbii ki, biz hər zaman deyirik ki, bu sahədə maliyyə çatışmamazlığı var. Hökumətin vətəndaş cəmiyyətinə ayırdığı vəsaitlər təkcə Şura tərəfindən verilmir, başqa fondların maliyyəsi də daxildirr. Buna baxmayaraq ehtiyacları tam ödəmir. Ona görə biz düşünürük ki, dövlət dəstəyi ilə yanaşı, biznesin dəstəyi də inkişaf etməldir. Bunun da mexanizmi həyata keçirilməlidir.

İnkincisi, bizim nazirliklər bir çox dövlət proqramları həyata keçirirlər. O dövlət proqramlarının əsas komponenti maarifləndirməyə həsr olunub. Biz müşahidə edirik ki, maarifləndirməni nazirliklər özləri keflərindən həyata keçirmir. Halbuki, bunu qeyri-hökumət təşkilatlarına sifariş verməklə daha keyfiyyətli, daha əhatəli etmək olar. Təəssüf ki, bizim nazirliklər QHT-lərə sosial sifariş verməkdən çəkinirlər. Bu problemdir. Biz fikirləşirik ki, sosial sifarişlər haqqında qanun qəbul olunmalıdır və bir çox çox sosial xarakterli sifarişlər QHT-lərə verilməldir. Belə olduğu halda QHT-lər inkişaf edəcək”. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır