Modern.az

Baş nazir pambıqçılığa dair müşavirə keçirdi 

Baş nazir pambıqçılığa dair müşavirə keçirdi 

Aktual

22 İyun 2018, 18:18

Bu gün Baş nazir  Novruz Məmmədovun yanında pambıqçılq sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş müşavirə keçirilib.

 

Nazirlər Kabinetinin Mətbuat xidmətindən  Modern.az-a verilən məlumata görə, müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev  tərəfindən ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə verilən tapşırıqdan irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Müşavirənin yekununda Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!