Modern.az

Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

22 İyun 2018, 18:41

 

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri  Elmar Məmmədyarov  və Zoqrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə yaxın vaxtlarda görüş keçirmək barədə razılığa gəliblər. 

 

Modern.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib. 

 

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin həlli ilə bağlı yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüşmək barədə razılıq əldə ediblər", - o deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi