Modern.az

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

22 İyun 2018, 20:00

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı tətbiq edilən sanksiyanı daha bir il müddətinə uzadıb. 

Modern.az xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. 

Sanksiyalar 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci ildə verilmiş bir sıra fərmanla tətbiq edilib. 

Onlar KXDR-in nüvə və raket proqramına, o cümlədən çirkli pulların yuyulması, kiber-hücumlar, insan hüquqlarının pozulmasına qarşı yönəlib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir