Modern.az

Sərkisyanın mühafizə rəisi həbs edildi

Sərkisyanın mühafizə rəisi həbs edildi

22 İyun 2018, 23:42

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın təhlükəsizlik xidmətinin rəisi Vaçaqan Qazaryanın restoranında axtarış zamanı külli miqdarda pul ələ keçirilib. Modern.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

 

Milli Təhlükəsizlik Xidməti tərəfindən təşkilən edilən əməliyyat Ermənistanın məşhur “Yans” restoranında keçirilib.

 

Müsadirə edilən 11 milyon dollar, 400 milyon avro, 36 milyon dram Ermənistan Mərkəzi Bankına köçürülüb. Bundan əlavə, uçot sənədləri, kompüterlər və elektron vasitələr də müsdirə edilərək götürülüb, Vaçaqan Qazaryan isə saxlanılıb.

 

Pulların hansı yollarla əldə edilməsinə dair istintaq davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi