Modern.az

Ermənilərin Azərbaycan torpaqlarında daha bir qudurğanlığı - FOTOLAR

Ermənilərin Azərbaycan torpaqlarında daha bir qudurğanlığı - FOTOLAR

23 İyun 2018, 00:44

Ermənilər ön mövqelərdə Baş Qərargahla (hətta görüntülü) əlaqə yaratmaq üçün günəş batareyaları ilə təmin edilən kameralar quraşdırmağa başlayıblar. Modern.az xəbər verir ki, bu barədə BDU-nun müəllimi, ermənişünas alim İsmayıl Tanrıverdi məlumat yayıb.

O bildirib ki, mötəbər mənbədən alınan foto-materiala istinadən demək olar ki, ermənilərin Bərdə, Tərtər, Ağcabədi istiqamətində 42 metr hündürlüyündə quraqşdırdıqları video-kamera 50 km-lik radiusda bütün hərəkət edən texniki avadanlıqları və canlıları müşayiət etməyə imkan verir:

 

“Maraqlı olan isə odur ki, bütün bu işlərə ixtisaslı mütəxəssislər deyil, Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşları ilə birlikdə, xüsusi xidmət dəstələrinin keçmiş rəisi A.Ğaramyan və onun keçmiş müavini Q.Sərkisyan rəhbərlik edirlər. Qeyd edək ki,

 

A.Ğaramyan hazırda Ermənistan prezidentınin xüsusu tapşırıqlar üzrə nümayəndəsidir”.

 

Məlumatda o da qeyd olunur ki, 14 mərtəbəli bina hündürlüyündə olan 42 metrlik qüllə və ətrafdakı bərkitmə işlərinin quraşdırılması cəmi 12-13 saat ərzində başa çatdırılıb.

 

“Fotolar bu haqda ətraflı məlumat almaq üçün yetərlidir. Ordumuzun bu qudurğanlığa qarşı əlavə tədbirlər görməsi vacibdir. Bu şəkillər öz -özlüyündə çox şey deyir”, - alim qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir