Modern.az

Bakıda taksi piyadanı vurdu

Bakıda taksi piyadanı vurdu

23 İyun 2018, 00:59

Bakının Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, metronun Koroğlu stansiyasının yaxınlığında Heydər Əliyev prospektini piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən 1992-ci il təvəllüdlü Əliyev Rasim Söhbət oğlunu London taksisini idarə edən Səfərov Şirməmməd Nəzir oğlu vurub.

 

Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü piyadanın vəziyyətinin ağır olduğunu görərək, ətrafdakıların köməkliyi ilə onu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

 

Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb. O, inzibati məsuliyyətə cəlb olunub.

 

Avtomobil cərimə meydançasına yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı