Modern.az

Ərdoğan: “BMT-də 2 təcrübəli siyasətçi var, biri mənəm, digəri də Putin”

Ərdoğan: “BMT-də 2 təcrübəli siyasətçi var, biri mənəm, digəri də Putin”

23 İyun 2018, 09:16

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünü və rusiyalı həmkarı Vladimir Putini BMT Baş Assambleyasındakı ən təcrübəli siyasətçi adlandırıb.

Modern.az saytının məlumatına görə, Ərdoğan TRT-yə müsahibəsində bu haqda danışıb.

“Son dərəcə aydın danışacağam. Hazırda BMT Baş Assambleyasında həqiqətən də 2 təcrübəli siyasətçi var. Bunlardan biri mən, digəri isə Rusiya prezidenti Vladimir Putindir. Çünki biz ikimiz baş nazir postunu da tutmuşuq. İndi isə prezidentik”-deyə Ərdoğan bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu