Modern.az

Zığ-Hövsan-Hava Limanı yolunun bağlanma səbəbi məlum oldu

Zığ-Hövsan-Hava Limanı yolunun bağlanma səbəbi məlum oldu

3 Dekabr 2009, 11:59

Paytaxtın Zığ-Hövsan-Hava Limanı avtomobil yolu bir həftəyə yaxındır bağlanıb. Modern.az-ın məlumatına görə, bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri hazırda digər yollardan istifadə etməli olurlar. Əməkdaşımız bir neçə günlük axtarışlardan sonra nəhayət yolun bağlanma səbəbinə aydınlıq gətirilməsi üçün Nəqliyyat Nazirliyi katibliyinin rəisi Namiq Həsənovla əlaqə saxlaya bilib. N.Həsənov saytımıza bildirib ki, Zığ-Hövsan-Hava Limanı yolunun bağlanması orada aparılan təmir-tikinti işləri ilə əlaqədardır. Nazirlik rəsmisi yolun nə vaxt açılacağı barədə suala cavab verə bilməyəcəyini bildirib. Qeyd edək ki, Azərbaycanda ilk dəfə çəkilən dəmir-beton konstruksiyalı Zığ-Hövsan-Hava Limanı avtomobil yolu 6 hərəkət zolaqlıdır. Yolun ümumi eni 29,5 metr, hərəkət zolaqlarının hər birinin eni 3,75 metrdir. Beynəlxalq Hava Limanından paytaxta alternativ olan bu yolun üst qatında betonun qalınlığı 26 santimetrdir. Zığ-Hövsan-Hava Limanı avtomobil yolu 2008-ci il mayın 9-da istifadəyə verilib

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir