Modern.az

Vikipediya könüllüləri Ordu gününə öz töhfəsini verdilər - VİDEO  

Vikipediya könüllüləri Ordu gününə öz töhfəsini verdilər - VİDEO   

23 İyun 2018, 16:32

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə töhfələrini veriblər.
Modern.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən bu günə qədər Vikipediya-da Azərbaycan hərb tarixi ilə bağlı 100-dən çox məqalə yaradılıb, redaktə olunub.

Qeyd edək ki, könüllülər həmçinin Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra Silahlı Qüvvələrimizin fəaliyyəti ilə bağlı, əsasən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində əldə etdiyi uğurlar barəsində bir çox məqalə yaradıblar.

Həmçinin, bu təşəbbüs çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinə aid məlumatların xaricidilli Vikipediyalar-da yerləşdirilməsində “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əsaslı töhfəsini vurğulamaq zəruridir.

Bu fəaliyyət çərçivəsində 94 yeni məqalə yaradılıb,14 məqalə əsaslı redaktə edilib və 16 məqalə isə müxtəlif dillərə tərcümə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi